Xəbərlər arxivi

           
                           
                               Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii  qaz verilmişdirGallery                            
                           
                               
                               
                                   25 Iyun 2015                                                                    

Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii qaz verilmişdir

                               
                               

İyunun 25-də Biləsuvar rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir. Açılış mərasimlərində Rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 697 abonenti olan Nərimankənd kəndinə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında uzunluğu 38 890 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 697 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 452 abonenti olan Ağəyri kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 812 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 452 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 517 abonenti olan Günəşli kəndinə də ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu məqsədlə birpilləli sistem əsasında 29 080 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 517 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.



Ağsu rayonunun Küllülü və İsmayıllı rayonunun Basqal kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirlərdə Rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak etmişlər. Bildirilmişdir ki, 16 abonenti olan Küllülü kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1400 metrlik polietilen və 1659 metrlik metal borularla qaz xətləri çəkilmiş, 16 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

İsmayıllı rayonunun 750 abonenti olan Basqal kəndinə təbii qazın verilməsi üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2930 metr olan polietilen və 32 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişlər.