Xəbərlər arxivi

           
                           
                               Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir
<br><br>Gallery                            
                           
                               
                               
                                   17 Iyun 2015                                                                    

Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir

                               
                               

İyunun 17-də Zaqatala rayonunun Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, ümumilikdə 1184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 1184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.