Xəbərlər arxivi

           
                           
                               “Ümumdünya su məməlilərinin mühafizəsi günü”nə həsr olunmuş açıq dərs keçirilmişdir
<br><br>Gallery                            
                           
                               
                               
                                   19 Fevral 2015                                                                    

“Ümumdünya su məməlilərinin mühafizəsi günü”nə həsr olunmuş açıq dərs keçirilmişdir

                               
                               

Fevralın 19-da Ekologiya İdarəsi əməkdaşlarının iştirakı ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində “Ümumdünya su məməlilərinin mühafizəsi günü”nə həsr olunmuş açıq dərs keçirilmişdir. Şagirdlər dünya okeanında ən kiçik suitilərin Xəzərdə məskunlaşması haqqında təqdimatla çıxış etmişlər. Qeyd olunmuşdur ki, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik Xəzər suitilərini «zəif» növlər siyahısına daxil etmişdir. Ekologiya İdarəsinin əməkdaşları SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti, xüsusilə Xəzər dənizində əsaslı ekoloji tədqiqat işlərinin aparılması və sağlam mühitin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlər haqqında məlumat vermiş, şagirdləri maraqlandıran sualları cavablandırmışlar. Açıq dərsin sonunda şagirdlərə Ekologiya İdarəsinin hədiyyələri təqdim olunmuş, xatirə şəkli çəkilmişdir.

Qeyd edək ki, 1986-cı ildən başlayaraq, hər il fevralın 19-u Ümumdünya su məməlilərinin mühafizəsi günü kimi qeyd edilir.