Xəbərlər arxivi

           
                           
                               SOCAR-da ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”-nin məsləhətçilər şurasının üzvləri ilə görüş keçirilmişdirGallery                            
                           
                               
                               
                                   17 Fevral 2020                                                                    

SOCAR-da ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”-nin məsləhətçilər şurasının üzvləri ilə görüş keçirilmişdir

                               
                               

Fevralın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”-nin məsləhətçilər şurasının üzvlərini qəbul etmişdir. Qonaqları salamlayan SOCAR-ın prezidenti onların fəaliyyətini yaxından izlədiyini, indiyədək həyata keçirdikləri layihələrin uğurla nəticələndiyini, həmçinin ötən il “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” forumuna görə “Xəzər Siyasət Mərkəzi”-nə minnətdarlığını bildirmişdir. SOCAR prezidenti ölkəmizdə həyata keçirilən enerji layihələri haqqında qonaqları ətraflı məlumatlandırmış, gələcəkdə layihələrin uğurla davam etdirilməsi üçün daha geniş əməkdaşlığa böyük önəm verdiyini qeyd etmişdir. Cənub Qaz Dəhlizi layihəsinin cari ildə yekunlaşacağında söhbət açan R.Abdullayev bu layihənin reallaşdırılmasına start verilərkən bir sıra problemlər yaradıldığını, amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iradəsi, BP və SOCAR-ın təşəbbüsü ilə bu layihənin artıq başa çatmaq üzrə olduğunu vurğulamışdır. SOCAR prezidenti qeyd etmişdir ki, bu layihənin genişləndirilməsi üçün “Xəzər Siyasət Mərkəzi”-nin səyləri bizim işimizə təkan verə bilər.



Nümayəndə heyətinə rəhbərlik edən “Xəzər Siyasət Mərkəzi”-nin məsləhətçilər şurasının üzvü Riçard Hoqland səmimi qəbul üçün minnətdarlığını bildirmiş, onların təmsil etdiyi qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində baş verən prosesləri diqqət mərkəzində saxladığını bildirmişdir. Qeyd edilmişdir ki, Mərkəz Azərbaycan haqqında obyektiv məlumatların yayılmasına şərait yaradan bir sıra tədbir və layihələri bundan sonra da həyata keçirəcək, xüsusi olaraq Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin inkişaf etdirilməsində maraqlıdır.



Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilmişdir.



Görüşdə “Xəzər Siyasər Mərkəzi”-nin icraçı direktoru Əfqan Nifti, təşkilatın məslətçilər şurasının üzvləri, keçmiş səfirlər Robert Sekuta, Alan Mustard, Susan Eliot iştirak etmişlər.