Xəbərlər arxivi

           
                           
                               SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlərGallery                            
                           
                               
                               
                                   20 Sentyabr 2019                                                                    

SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər

                               
                               

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.