Xəbərlər arxivi

           
                           
                               SOCAR-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilmişdirGallery                            
                           
                               
                               
                                   12 Sentyabr 2018                                                                    

SOCAR-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilmişdir

                               
                               

Sentyabrın 12-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Beynəqlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol arasında görüş keçirilmişdir. Görüşdə Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarlarının inkişaf tendensiyaları, habelə SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi və bu ildə artıq istismara verilən böyük sənaye layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və SOCAR-ın qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Həmçinin Azərbaycanla Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

SOCAR prezidenti R.Abdullayev Azərbaycanın Avropanın qlobal enerji təhlükəsizliyi çərçivəsində mühüm rol oynadığını, “Cənub Qaz Dəhlizi”nin həm Azərbaycanın qaz ixrac marşrutlarının, həm də Avropada qaz təchizatının mənbələrinin şaxələnməsində mühüm rol oynadığını vurğulamışdır: “Dünyanın ən böyük və mürəkkəb sənaye layihələrindən biri olan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi nəticəsində təbii qaz Xəzər hövzəsindən Avropa bazarına nəql olunacaq. Cənub Qaz Dəhlizi dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağından təbii qazı beynəlxalq bazarlara çıxarmaqla yanaşı, həm də üçüncü tərəflərdən də əlavə qaz həcmlərini qəbul etmək imkanına malikdir”.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol dünya neft və qaz bazarının inkişaf perspektivlərinə dair bildirimişdir ki, neft, qaz və neft-kimya məhsullarına qlobal tələbatın artımı fonunda neft-qaz resurslarının hasilatı və emalı Azərbaycan üçün də gələcəkdə böyük əhəmiyyət kəsb edəcək.