Xəbərlər arxivi

           
                           
                               Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,  akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdirGallery                            
                           
                               
                               
                                   16 Avqust 2018                                                                    

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir

                               
                               

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Ölkəmizin qocaman neftçi-aliminə mükafat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təqdim olunmuşdur. Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni səmimi qəlbdən təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulamışdır. Nazir qeyd etmişdir ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirmiş, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulamışdır.