Xəbərlər arxivi

1 Fevral 2020

SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirilmişdir

+

SOCAR-ın baş ofisində şirkətin müxtəlif idarə və müəssisələrində çalışan gənclərlə SOCAR prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin 2 fevral Gəclər günü ilə bağlı görüşü keçirilmişdir. Artıq ənənə halını almış görüşdə bu il şirkətin müxtəlif idarə və müəssisələrindən də çox sayda gənc əməkdaş on-layn rejimdə görüş iştirakçılarına qoşulmuşdur. Görüşdə əsasən neftçi gənclərin fikirləri dinlənilmişdir. Şirkətin rəhbərliyi görüşdə iştirak edən gəncləri maraqlandıran, habelə sosial şəbəkələr üzərindən daxil olan sualları cavablandırmışdır.

On-layn rejimdə görüş iştirakçılarına qoşulmuş müxtəlif idarələrdə çalışan gənclərə də fikir bildirmək üçün şərait yaradılmış, onlar da auditoriyada aparılan müzakirələrdə yaxından iştirak etmişlər. 3 saatdan çox davam edən görüşdə ümumilikdə 1000-ə yaxın gənc neftçi iştirak etmişdir.