Xəbərlər arxivi

15 Dekabr 2016

N. Nərimanov adına NQÇİ-də baş verən hadisədə itkin düşənlərin birinin cəsədi dənizdən çıxarılmışdır

+

15.12.16 tarixində N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin cəsədi tapılaraq dənizdən çıxarılmışdır. Tapılan cəsədin N. Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilmişdir.

15 Dekabr 2016

N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İB-də qərargah yaradılmışdır

+

15.12.16-cı il tarixində N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır. Qərargahın əlaqə telefonları:

+994 12 521 11 44

+994 12 521 12 82

+994 50 841 10 62

+994 50 841 12 09

N. Nərimanov adına NQÇİ-yə müraciət edənlər isə aşağıdakı nömrələrə zəng edə bilərlər:

+994 50 388 65 77

+994 51 396 12 05

Hadisə ilə əlaqədar 15 dekabr saat 15.00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcəkdir.







15 Dekabr 2016

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar

İLKİN MƏLUMAT

+

15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşmüşdür:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.