ƏN SON XƏBƏR

Upper Head Image

Çinin İxrac Kredit Sığorta Korporasiyası (SINOSURE) Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir

Mayın 21-də SOCAR prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılmışdır. Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanmış, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunmuşdur.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim etdi

Mayın 15-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarında verilən 100 mininci Sertifikatın dinləyiciyə təqdim edilməsi mərasimi keçirilmişdir.
SOCAR-ın 100 mininci peşə təlimi sertifikatı “Müasir elektron ölçü vasitələrinin ölçü qovşaqlarının və standartlarının tətbiqi” kursunu müvəffəqiyyətlə bitirən “Azneft” İstehsalat Birliyinin 28 May Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı Aftil Əliyevə təqdim edilmişdir.

TTSİ-nin rəisi Fuad Süleymanov İdarənin fəaliyyəti ilə bağlı təqdimatla çıxış etmiş, keçilən yola nəzər yetirmiş, SOCAR-ın beynəlxalq standartlara cavab verən və region üzrə öz sahələrində unikallığı ilə seçilən müxtəlif peşə təlimi kurslarından bəhs etmişdir. “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov texnologiyanın sürətli inkişafı dövründə müxtəlif ixtisaslar üzrə peşəkar fəhlə və mütəxəssislərin kurslara cəlb edilməsinin biznes inkişafı üçün olan zərurətini vurğulamışdır.

TAM XƏBƏR ətraflı oxu

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

Mayın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və onun çoxminli kollektivinin təmsilçiləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.
Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ümummilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhuna dualar oxumuş, abidəsi qarşısında baş əymişlər.

TAM XƏBƏR ətraflı oxu

Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək və dünyaya yaymaq istəyir

Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının illik toplantısı bu il mayın 7-də SOCAR-ın təşəbbüsü ilə, ilk dəfə olaraq, Azərbaycanda keçirilir.
Toplantı SOCAR ilə Dünya Bankının GGFR Təşkilatı arasında qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində həyata keçirilən əməkdaşlığın 10-cu ildönümünə təsadüf edir. SOCAR, BP və Dünya Bankının GGFR Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumi 4,5 milyard kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilmişdir.

7-8 may tarixlərində keçiriləcək tədbir zamanı şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyünün müzakirəsi məqsədilə SOCAR-ın istehsalat ərazilərinə səfər təşkil olunacaqdır. Tədbirin işində dünyanın 18 ölkəsindən və 13 beynəlxalq neft-qaz şirkətindən 50 nəfər rəhbər şəxs və mütəxəssis nümayəndə təmsil olunur.

Tədbirin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Dünya Bankının ölkə üzrə meneceri Nəvid Nəqvi, GGFR Təşkilatının rəhbəri Kristofer Qilbert, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramı üzrə Rezident nümayəndəsi Qulam İsakzai və BP, Chevron, Exxon, “Norwegian Petroleum”, “Shell”, “Statoil”, “Total” və digər bu kimi beynəlxalq neft-qaz şirkətlərinin yüksək vəzifəli nümayəndələri iştirak edir.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu