ƏN SON XƏBƏR

Upper Head Image

SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müvafiq əmrlərinə əsasən, “Neftçilər günü” peşə bayramı ilə əlaqədar respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri neftçi” döş nişanı ilə təltif ediliblər. Qeyd edək ki, SOCAR-ın idarə və müəssisələrində çalışan 126 əməkdaş bu mükafata layiq görülüb.
Siyahını nəzərinizə çatdırırıq.

Abdullayeva Dilarə Ağalar qızı .

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

Eksperimental istehsalat müəssisəsində yenidənqurma işləri aparılmışdır

“Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilmişdir.
Müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi müasir standartlara uyğun Alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulmuşdur.

Eləcə də burada əsas bina, köməkçi qurğuların təmiri və ətraf mühitin abadlaşdırılması işləri görülmüşdür.

SOCAR prezidenti Rövnəq Abdullayev müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək demişdir: “50 ildən artıq bir müddətdə neftqazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilmişdir. Aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq. Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmir arası müddərtin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaqdır.” .

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan neftçiləri peşə bayramlarını qeyd edirlər

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.
Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.

Həmin gün SOCAR-ın Baş ofisində “Azərbaycan nefti” ekspozisiyasının açılışı olmuşdur. Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov, “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi və qabaqcıl neftçilər iştirak etmişlər. Ekspozisiyada Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapmışdır.

Aparıcı sahələr barədə verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və maketlər sərgiyə böyük maraq doğurur.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim etmişdir

Sentyabrın 18-də, Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər.
Məlumat verilmişdir ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlamışdır. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilmişdir. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılmış, ətrafı abadlaşdırılmışdır.

Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik.” .

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu