KARYERA

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı

Daxili Təqaüd Proqramı
Prev Next

Daxili Təqaüd Proqramı

ARDNŞ 2004-2005-ci tədris ilindən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyasında seçilmiş ixtisaslar üzrə istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bakalavriat pilləsində təhsil alan hər kursdan 20 nəfər tələbəyə müsabiqə əsasında 40 manat aylıq təqaüd verirdi. 2008-ci ildən bu müsabiqənin çərçivəsi genişləndirilmişdir.

Env Txt Img

ARDNŞ-nin prioritetləri dəyişmiş, kadrların hazırlanması və idarə edilməsi sahəsində tələbkarlıq artmış, ölkəmizdə gənc kadrların hazırlanmasında yeni nüfuzlu ali təhsil müəssisələri formalaşmışdır. Müsabiqənin əhatə dairəsini genişləndirmək, tələbələrin fəallığını artırmaq, namizədlərin seçilməsinə universitetlərin təsir imkanlarını azaltmaq məqsədilə ARDNŞ 2008-ci ildə yeni - "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsini haqqında" Əsasnamə təsdiq etmişdir. Artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı 30-dək artırılmış, təqaüdün məbləği 70 manat olmuşdur.


2010-cu ilin noyabr ayından etibarən aylıq təqaüdün məbləği 100 manata qaldırılmışdır. 2006-cı ildən bu günə kimi təqaüd fərdi plastik bank kartı vasitəsilə ilə ödənməyə başlanmışdır. 2011-ci ildən etibarən müsabiqəyə müraciət edən tələbələrin say çoxluğunu nəzərə alaraq ARDNŞ-nin prezidentinin göstərişi nəticəsində tələbələrin sayı hər kurs üzrə 40 nəfərə qaldırılmışdır.

Müsabiqələr ildə 2 dəfə, semestr imtahanları başa çatdıqdan sonra elan olunur. Hər müsabiqəyə 1000-dən artıq tələbə müraciət edir. 2009-cu ildən müsabiqəyə müraciət yalnız elektron qeydiyyat vasitəsilə aparılır. Müsabiqə 2 turda həyata keçirilir: 1-ci turda iddiaçıların məntiqi təfəkkürü TQDK vasitəsilə keçirilən test imtahanı vasitəsilə yoxlanılır. Bu turda müvafiq ballar toplayan tələbələrlə 2-ci turda ARDNŞ-nin xüsusi komissiyası fərdi müsahibələr keçirir. Müsabiqənin bütün gedişi internet saytında (http://www.socar.az/tehsil) əks olunur.

ARDNŞ həmin tələbələri daim diqqət mərkəzində saxlayır: istehsalat təcrübələrini təşkil edir, onların kurs və layihə işlərinin mövzularının müəyyənləşdirilməsində və müvafiq informasiya ilə təmin edilməsində yardım edir, təhsilini başa vurmuş təqaüdçülərin işlə təmin olunması və ya xarici ölkələrdə magistratura təhsili almaları üçün şərait yaradır. ARDNŞ təqaüdü ilə təhsilini başa vurmuş, həmçinin təqaüdçü seçilməyən, lakin müsabiqədə fərqlənmiş məzunlara ARDNŞ-də iş təklif olunur. 2009-cu ildə bu yolla 62 məzun, 2010-cu ildə isə 26 məzun işə qəbul olunmuşdur.

ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) da 2004-2005-ci tədris ilindən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-texnologiya, Neft-mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması fakültələrinin 3-4-cü kursları və magistratura pilləsi üzrə yüksək göstəricilərə malik 30 tələbəsinə aylıq təqaüd təyin etmişdir. BNEZ bu tələbələri özünün diqqət mərkəzində saxlayır, istehsalat təcrübəsinin zavodda keçməsi, kurs və layihə işlərinin mövzularının müəyyən olunması, bu işlərin zavodun faktiki məlumatları əsasında tərtib edilməsi, təqaüdçü məzunların işlə təmin olunmasında onlara köməklik göstərir. Onların bəziləri hal-hazırda zavodda müxtəlif vəzifələrdə çalışırlar.

2009-cu ilin yanvar ayından etibarən ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi də Gürcüstan Respublikasının ali təhsil müəssisələrində təhsil alan 97 istedadlı azərbaycanlı tələbəyə təqaüd ayırır.

Həm xaricdə təhsil üzrə Təqaüd Proqramının məzunları, həm xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları, həm də ölkədaxili Təqaüd müsabiqəsinin qalibləri işə qəbul olunduqdan sonra onların mənzillə təmin olunması üçün imkanlar yaradılır.

ARDNŞ qeyd olunan işlərlə kifayətlənmir, gənclərlə aparılan işlərin daha da təkmilləşdirilməsi üzrə daimi fəaliyyət göstərir, vaxtaşırı həyata keçirilən proqramlar barədə gənclər arasında elektron sorğular aparır, onların nəticələrini təhlil edir və gələcək layihələrdə nəzərə alır. Bunların nəticəsidir ki, ötən il ARDNŞ gənclərə ünvanlanmış və onların geniş rəğbətini qazanmış 2 yeni proqrama imza atmışdır: Ödənişli Yay təcrübəsi və SOCAR Yay Məktəbi.

ətraflı oxu +