KARYERA

Kadr siyasəti

Kadr siyasəti
Prev Next

Kadr siyasəti

Kadr siyasəti

Env Txt Img

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2013-cü il tarixli 57 nömrəli əmri ilə təsdiq edilmiş KADR SİYASƏTİ kadrların ehtiyat bazasının formalaşdırılmasını, əmək məhsuldarlığının artırılması üçün tələb olunan ixtisas və peşələr üzrə peşəkar kadrların işə cəlb edilməsini, onların inkişafı üçün lazımi şəraitin yaradılmasını və insan resurslarının daha səmərəli idarə edilməsini müəyyən edir
ARDNŞ-də insan resurslarının idarə edilməsinin istiqamətləri aşağıdakılardır:
- bərabər imkanların yaradılması prinsipinə uyğun olaraq işçilərin müsabiqə yolu ilə seçilməsi;
- işçilərin davamlı inkişafı üçün peşəkar təlimlərin təşkil edilməsi;
- işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi vasitəsilə vəzifə funksiyalarının icra vəziyyətinin və səriştələrinin ölçülməsi nəticəsində onların karyera yüksəlişi planlaşdırılması və vəzifədə irəli çəkilməsi;
- işçilərin maddi və qeyri-maddi (psixo-sosial) ehtiyaclarını müəyyən edərək onların səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sisteminin qurulması və tətbiqi;
- işçilərin səmərəli fəaliyyətini və hüquqlarının qorunmasını təmin edən sosial-təminat sisteminin inkişaf etdirilməsi;
- işçilərin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi.


ətraflı oxu +