KARYERA

Əməkdar neftçilərimiz

Əməkdar neftçilərimiz
Prev Next

Əməkdar neftçilərimiz

Əməkdar neftçilərimiz

Env Txt Img

• Xoşbəxt Yusifzadə Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə «Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı» üzrə bitirərək «dağ mühəndisi-geoloq» ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş ”Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki ”Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X.B. Yusifzadə 1958-1959-cu illərdə ”Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.
1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş ”Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək ”Başdənizneft” İdarəsində baş geoloqun müavini – şöbə rəisi, ”Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini olmuşdur.
1970-1992-cı illərdə ”Xəzərdənizneft” Birliyinin, ”Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq ”Xəzərdənizneftqazsənaye” Birliyinin, ”Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və ”Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləmişdir.
1992-1994-cü illərdə ”Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, ”Əşrəfi” (1998-ci il), ”Qarabağ” (1998-ci il), nəhəng ”Şahdəniz” (1999-cu il), iri ”Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı ”Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.
X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan Xəzərin Azərbaycan sektorunda ”Bahar”, ”Səngəçal-dəniz”, ”Duvannı-dəniz”, ”Xərə-Zirə adası”, ”Xərə-Zirə-dəniz”, ”Günəşli”, ”Çıraq”, ”Azəri, ”Kəpəz”, ”Şahdəniz”, Xəzərin Rusiya sektorunda ”İnçxe-dəniz”, Qazaxıstan sektorunda ”Rakuşeçnaya” və Türkmənistan sektorunda ”LAM”, ”Qubkin”, ”Livanov”, ”Barinov” və s. yataqları göstərmək olar;

• Qurban Abbasqulu oğlu Abbasov Xalq arasında "Neftçi Qurban" adı ilə məşhur olan Qurban Abbasqulu oğlu Abbasov 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə "Artyomneft" trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra "Azərneft" Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, "Gürgənneft" NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.
1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə – "Xəzərdənizneftkəşfiyyat" trestinin müdiri, "Xəzərdənizneft" İB-nin baş direktor müavini, "Neft Daşları" NQÇİ-nin rəisi, 1980-1983-ci illərdə -"Xəzərdənizneftqazsənaye" ÜİB-nin baş direktoru, 1988-1992-ci illərdə "Xəzərdənizneft" İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır.

• Bəhmən Hacıyev Bəhmən Hacıyev 1926-cı il dekabr ayının 2-də Sisyan rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur kəndində anadan olmuşdur. 1943-cü ildə "Əzizbəyovneft" trestinin (indiki H.Z.Tağıyev adına NQÇİ) ikinci mədənində operator köməkçisi kimi başlamışdır. Gənc mütəxəssis 1950-ci ildən "Bibiheybətneft" trestinin 6-cı mədənində neft və qaz hasilatı üzrə usta işləmiş, bir il sonar isə işini "Gürganneft" trestinin 2-ci mədənində eyni vəzifədə davam etdirmiş, daha sonar həmin mədəninin böyük mühəndisi təyin olunmuşdur. 1953-cü ildən 1960-cı ilədək isə "Gürganneft"trestinin baş mühəndisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin trest Sov.İKP-nin XXII qurultayı adına Neft və Qazçıxarma İdarəsinə çevrilmiş və Bəhmən Hacıyev 1962-ci ilədək idarənin baş mühəndisi, 1977-ci ilədək rəisi olmuşdur..


ətraflı oxu +