“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarışlar

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum""SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"
Prev Next

Qaz paylayıcısı tərəfindən qazın verilməsinin dayandırılması hallarına dair (Maddə 13. Qazın pаylаnmаsı və sаtılmаsı)

Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:

  • istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
  • istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
  • paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
  • paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;
  • istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının (öz əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi – “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2015-ci il tarixli 673 nömrəli Fərmanına əsasən) səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında;
  • müvаfiq icrа hаkimiyyəti оrqаnının (öz əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi – “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2015-ci il tarixli 673 nömrəli Fərmanına əsasən) səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında;
  • məhkəmənin qərarı ilə.