“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarışlar

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum""SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"
Prev Next

Qaz təchizatı üçün layihələndirmə və müvafiq tikinti-quraşdırma işlərinə dair (Maddə 13. Qazın pаylаnmаsı və sаtılmаsı)

Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz qurğularının (ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu və ya qurğuları) qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası – “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2015-ci il tarixli 673 nömrəli Fərmanına əsasən) tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir.