“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarışlar

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum""SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"

"QAZ İSTEHLAKÇILARI ÜÇÜN"

"SOCAR Petroleum"
Prev Next

Qaz sayğaclarının təchiz edilməsi, quraşdırılması, dəyişdirilməsi, habelə təmir olunması, texniki baxışdan keçirilməsinə dair (Maddə 13. Qazın pаylаnmаsı və sаtılmаsı)

Məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu və ya qurğuları) istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının (ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu və ya qurğuları) istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.