Elanlar



 

fransa-rusiya

30.12.2010
Bayramlarınız mübarək!

Əziz tələbələr,
Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təbrik edirik.
Həmrəyliyimizin əbədi, 2011-ci ilin sizin üçün uğurlu olmasını arzulayırıq.

29.12.2010
Təqaüdlərin köçürülməsi barədə
2 tələbənin kartları ilə bağlı problemlərin çıxması səbəbindən bu gün təqaüdlərin köçürülməsi mümkün olmadı, köçürmə sənədləri bankdan geri qaytarıldı. Məsələ tələbələrlə aydınlaşdırıldıqdan sonra köçürmə aparılacaq.


28.12.2010
Təqaüdlərin köçürülməsi barədə
Təqaüdçülərin təqaüdləri bu gün onların hesabına köçürülmüşdür. Sabahdan bank kartı özündə olan hər bir təqaüdçü təqaüdü hesabından çıxara bilərlər. Digər təqaüdçülərə bank kartları yanvar ayında veriləcək.

Bank kartlarını dəyişmək üçün verən təqaüdçülər kartlarını 29-30 dekabr tarixlərində saat 15:00-dan 16:00-dək Baş ofisdən şəxsiyyət vəsiqəsini göstərməklə ala bilərlər.


27.12.2010
Fransada təhsil almaq istəyənlərin nəzərinə
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransada magistratura təhsili almaq üçün 5 yer nəzərdə tutulmuşdur. Lakin fransalı mütəxəssislər namizədlər arasından heç kimi seçməyə də bilərlər.



21.12.2010
Təqaüdçülərin nəzərinə
Yeni bank kartları artıq alınmışdır. Təqaüdlər bir neçə günə hesablara köçürüləcəkdir. Yeni kartlar 2011-ci ilin yanvar ayının birinci yarısında ARDNŞ-nin prezidenti tərəfindən ARDNŞ-nin Baş ofisində təşkil olunacaq tədbirdə təqdim olunacaqdır (dəqiq tarix və vaxt sonradan bildiriləcək). Tədbirdə iştirak etmək istəyənlərdən xahiş olunur bu barədə
khs@socar.az elektron poçtuna məlumat versinlər.
Tədbirdə iştirak edə bilməyənlər kartlarını növbəti 3 iş günü müddətində hər gün saat 15:00-dan 16:00-dək Baş ofisdən ala bilərlər.


10.12.2010
2. Təqaüdçülərin nəzərinə
Təqaüdlər dekabr ayının sonunadək təqaüdçülərin bank hesablarına köçürüləcək.

1. Fransada təhsil almaq istəyənlərin nəzərinə
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransada magistratura təhsili almaq üçün müraciət edən tələbələr Ərizə-anket formasının 3-cü "Qəbul olunduğunuz təhsil haqda məlumat" bölməsində yalnız ölkə adını (Fransa) və oxumaq istədikləri ixtisası qeyd etməlidirlər.



09.12.2010
Mənzil güzəşti barədə
ARDNŞ təqaüdçü gənclər üçün daha bir güzəşt üzərində işləyir. Bu güzəştin mahiyyəti ARDNŞ təqaüdçüsü olaraq və ya olmadan işə qəbul olunan gənc mütəxəssisləri gələcəkdə güzəştli şərtlərlə mənzillə təmin etməkdən ibarətdir. Bu barədə suallar (sual 3 və sual 24) bölmələrindən daha ətraflı məlumat ala bilərsiniz.



06.12.2010
ARDNŞ təqaüdü artırıldı!
ARDNŞ Şurasının qərarına müvafiq olaraq, Azərbaycan Respublikası ali məktəb tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdü 2010-cu ilin noyabr ayından etibarən 100 manata qaldırıldı. Axırıncı müsabiqənin qalibləri iyul-oktyabr aylarına görə hər ay 70 manat, noyabr-yanvar aylarına görə isə hər ay 100 manat təqaüd alacaqlar.



30.11.2010
Fransada təhsil almaq imkanından yararlanın!
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərinin magistratura pillələlərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə ingilis və ya fransız dilini yaxşı bilən və hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2011 tarixidir. Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə ARDNŞ-nin xaricdə təhsil üzrə Təqaüd Proqramının şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.



25.11.2010
Təqaüdçülərin nəzərinə
ARDNŞ tərəfindən verilən bank kartının müddəti bitmiş təqaüdçülər kartlarını 26 və 29 noyabr tarixlərində hər gün saat 15:00-dan 16:00-dək ARDNŞ-nin Baş ofisinin (Azneft meydanı) Qəbul otağında Kadrların hazırlanması şöbəsi əməkdaşlarına təqdim etməlidirlər. Müddəti yanvar-2011-də bitən kartları dəyişməyə ehtiyac yoxdur.

Təqaüdlər bütün təqaüdçülərin hesabına eyni gündə köçürüləcək. Ona görə də yeni teqaüdçülərin kartları açılana və müddəti bitmiş kartların müddəti artırılanadək heç bir təqaüdçünün hesabına pul köçürülməyəcək. Yeni kartlar ARDNŞ-nin Baş ofisində təqdim olunacaq.



24.11.2010
Müsabiqənin nəticəsi elan olundu!!!
ARDNŞ-nin Müsabiqə Komissiyasının 23 noyabr tarixli iclasında 2009-2010-cu tədris ilinin II semestrinin nəticələrinə əsasən iyul-2010 - yanvar-2011 ayları üçün ARDNŞ təqaüdçüsü seçilmiş tələbələrin siyahısı təsdiq olundu. Təqaüdçüləri təbrik edirik!

Müsabiqə Komissiyasının balına görə təqaüdçü seçilməyən tələbələrin sıralanma cədvəli ilə burada tanış ola bilərsiniz. Xatırladırıq ki, bu müsabiqədə təqaüdçü olmaq üçün yalnız dərslərini yaxşı oxumaq kifayət deyil. Seçim meyarları barədə suallar bölməsində 21-ci sualın cavabına baxa bilərsiniz.

Təqaüdçü seçilməyən tələbələrə ruhdan düşməməyi və növbəti müsabiqəyə daha yaxşı hazırlaşmağı tövsiyə edirik. Növbəti müsabiqə
fevral ayında elan olunacaq.


22.11.2010
ARDNŞ-nin Yay Təcrübəsi sorğusunun nəticələri - YENİLƏNDİ
Sorğuda iştirak etmiş hər bir şəxsə təşəkkürümüzü bildiririk. Sorğunun nəticələri ARDNŞ-də ən kiçik detallarına qədər təhlil edilmişdir. Növbəti ildə bu proqramın daha da təkmilləşdirilməsi üçün müvafiq işlər planlaşdırılır. Sizə təqdim etdiyimiz məlumat sorğunun müxtəsər nəticələridir.


19.11.2010
Müsabiqələrin nəticələri barədə
Müsabiqənin nəticələri 13 noyabrdan KHŞ-də məlum olsa da, bu nəticələr yalnız hüquqi qüvvəyə minəndən sonra elan oluna bilər. Müsabiqənin nəticələri hazırda məlumat və yoxlanılmaq üçün Müsabiqə Komissiyasının üzvlərinə göndərilib. Nəticərin təsdiq edilməsi üçün gələn həftə Müsabiqə Komissiyasının növbəti iclası olacaq. Daha ətraflı suallar bölməsində 22 və 23-cü sualların cavablarında oxuya bilərsiniz.


16.11.2010
Bayramlarınız mübarək!

Əziz tələbələr,
Sizi bütün müsəlmanlar üçün əziz olan Müqəddəs Qurban bayramı və xalqımız üçün unudulmaz olan 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik edirik.



13.11.2010
2 iddiacı Təqaüd müsabiqəsindən kənarlaşdırıldı
Müsabiqənin şərtlərinə görə ARDNŞ-də işləyən tələbə müsabiqədə iştirak edə bilməz.
Məlum olmuşdur ki, Quliyev Hafiz Atlıxan oğlu və Nəbiyev Namiq Şavələd oğlu ARDNŞ-nin müəssisələrində işləyirlər. Bu səbəbdən müsabiqədəki nəticələrindən asılı olmayaraq, onların hər ikisi müsabiqədən kənarlaşdırılırlar. Müsabiqə Komissiyasını aldatmaq cəhdlərinə görə onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.


12.11.2010
Qafqaz Universitetində təqdimat
SOCAR Yay Məktəbində iştirak etmiş Qafqaz Universiteti tələbələrinin təşəbbüsü ilə 13.11.2010 tarixində saat 11:00-da Universitetdə "ARDNŞ-nin kadr siyasəti" mövzusunda təqdimat keçiriləcək. Arzu edən tələbələr tədbirdə iştirak edə bilərlər.



11.11.2010
İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bu gün ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Baş ofisdə inşa müsabiqəsinin qalibləri ilə görüşmüş, onların Yay təcrübəsi təəssüratları ilə maraqlanmış, ARDNŞ-də istedadlı gənclər üçün yaradılmış imkanlar barədə məlumat vermiş və bu imkanlardan yararlanmaq istiqamətində tövsiyələrini vermişdir. Görüşün sonunda müsabiqə qaliblərinə ARDNŞ-nin xatirə hədiyyələri təqdim olunmuşdur.



09.11.2010
2. Müsahibələrin nəticələri barədə
Müsahibələrin nəticələri bütün kurslardan olan namizədlərin müsahibələri başa çatdıqdan sonra 1 həftə müddətində elan olunacaq.

1. Bayraq Gününüz mübarək!

Əziz tələbələr,
Sizi
hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Bayrağımız Günü münasibəti ilə təbrik edirik! Bu Gün dövlətçilik tariximizdə ilk dəfə qeyd olunur. Bu bayraq babalarımızın, atalarımızın canı, qanı bahasına ucaldılıb və bu günədək qorunub. Sizə də onu - müstəqilliyimizin simvolunu ləyaqətlə qorumağı və növbəti nəsillərə ötürməyi arzu edirik!



02.11.2010
ARDNŞ təqaüdü artırılacaq

Azərbaycan Respublikasınin ali məktəb tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdü 100 manata qaldırılacaq. Hazırda təqaüdün yeni məbləğinin rəsmiləşdirilməsi prosedurları həyata keçirilir. Müsabiqə qalibləri bu barədə qərar qüvvəyə mindiyi ayadək hər ay 70 manat, qüvvəyə mindiyi aydan etibarən isə hər ay 100 manat təqaüd alacaqlar.


28.10.2010
Müsabiqə iştirakçılarının nəzərinə

Əliyev Elvin Kamran oğlu ARDNŞ-nin H.Əliyev ad. Bakı Neft Emalı Zavodunun təqaüdündən (bax: 26.10.2010 tarixli elan) imtina etdiyi üçün o yenidən bu müsabiqənin 2-ci turuna buraxılır. Bu günə olan məlumata görə 2-ci tura buraxılan namizədlərin sayı 212 nəfərdir.

Bu il magistraturaya qəbul olunan tələbələr müsahibələrdə iştirak etmək üçün özləri ilə şəxsiyyət vəsiqəsini bakalavr diplomunun əlavəsini (qiymətlər) gətirməlidirlər.


27.10.2010
Müsabiqənin 2-ci turu barədə

Müsabiqənin 2-ci turu fərdi müsahibələr yolu ilə keçirilir. Müsahibəni ARDNŞ-nin əməkdaşlarından ibarət xüsusi komissiya aparır. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisaslardan olan mütəxəssislər daxildir. Komissiyanın sədri ARDNŞ-nin kadr, rejim və İT üzrə vitse-prezidenti Xalik Məmmədovdur, üzvləri 15 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər.
Müsahibə zamanı iddiaçıların ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, ARDNŞ haqqında bilikləri, ölkəmizin neft-qaz tarixi və sairə barədə suallar verilir. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya ən çoxu 10 dəqiqə vaxt ayrılır.

Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4.Cavablar qısa və konkret olmalıdır.
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir.
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.



26.10.2010
2. İnşa müsabiqəsinin qalibləri müəyyən olundu!
"Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda elan olunmuş inşa
müsabiqəsinin 3 qalibi seçilmişdir. Onların adları aşağıdakı cədvəldə verilir:

S/n
Soyadı, adı, atasının adı
ATM-in adı
Kurs
İxtisas qrupu
Təcrübə keçdiyi müəssisə
1
Hacıyev Elvin Tərlan o.
ADNA
4
QNM
"Azneft" İB, "28 May" NQÇİ
2
Sadıqlı Orxan Əsgər o.
ADNA
4
QNM
"Azneft" İB, "Neft Daşları" NQÇİ
3
Məmmədova Vüsalə Asəf q.
ADNA
M-2
Kimya-texnologiya
H.Əliyev adına BNEZ

Qalibləri təbrik edirik!
Hər bir qalibin adını link kimi istifadə etməklə onun müsabiqəyə təqdim etdiyi inşa ilə tanış olmaq olar. İnşalar orijinal versiyada saxlanılmışdır. Müsabiqə qaliblərinə SOCAR-ın xatirə hədiyyələri Baş ofisdə təqdim olunacaq.


1. Namizədlər siyahısından 2 nəfər
çıxarıldı

"Kimya-texnologiya" ixtisas qrupu üzrə müsabiqənin 2-ci turuna keçmiş 2 nəfər - Əfəndiyava Aygün Məhərrəm qızı və Əliyev Elvin Kamran oğlu ARDNŞ-nin H.Əliyev ad. Bakı Neft Emalı Zavodunun təqaüdçüləri siyahısına daxil edildiklərindən, bu müsabiqənin namizədlər siyahısından çıxarılmışlar. Müsabiqənin şərtlərinə görə, iddiaçı təqaüdün əhatə etdiyi dövrdə digər kommersiya şirkətinin, həmçinin ARDNŞ-nin tərkibinə daxil olan müəssisələrin təqaüdünü almamalıdır. Belə hallar aşkar olunduqca, iddiaçı namizədlər siyahısından çıxarılacaq. Əgər belə hala iddiaçı bilərəkdən yol verirsə, yəni Müsabiqə Komissiyasını aldatmağa çalışırsa, həmin şəxs bir daha heç bir müsabiqəyə buraxılmayacaq. Hazırda 2-ci tura buraxılan namizədlərin sayı 211 nəfərdir.


25.10.2010
Müsabiqənin 2-ci turu üzrə müsahibələrin qrafiki müəyyən olundu!

Müsahibə noyabr ayının 2-də saat 09:15-dan başlayaraq ARDNŞ-nin Azneft meydanında yerləşən Baş ofisində keçiriləcək. Şəxsiyyət vəsiqəsini qiymət kitabçasının əslini özləri ilə gətirməyən tələbələr müsahibəyə buraxilmayacaqlar.

Müsahibələrin qrafikini bilmək üçün soldakı linkə daxil olun. Müsahibələr 2, 4, 5, 11 və 12 noyabr tarixlərində aşağıdakı ardıcıllıqla aparılacaq:

2 noyabrda - Magistraturanın 2-ci və 1-ci kurs tələbələri ilə;
4 noyabrda - Bakalavriatın 4-cü kurs tələbələri ilə;
5 noyabrda - Bakalavriatın 4-cü və 3-cü kurs tələbələri ilə;
11 noyabrda - Bakalavriatın 3-cü və 2-ci kurs tələbələri ilə;
12 noyabrda - Bakalavriatın 2-ci kurs tələbələri ilə.


22.10.2010

Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu!
ARDNŞ-nin Müsabiqə Komissiyasının bu günki iclasında müsabiqənin 2-ci turuna keçid balları müəyyən olunmuşdur. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:

İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT
28
Boru kəmərləri
23
Ekologiya
23
Energetika
23
Geoloji kəşfiyyat
25
İqtisadiyyat
28
Kimya-texnologiya
23
Neft-mexanika
23
Qazma
25
Qaz-neft-mədən
25
Tikinti
23

Müsabiqənin 2-ci turuna keçənlərin ümumi sayı 213 nəfərdir. Bu günün sonunadək 2-ci tura buraxılan tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilmişdir. 2-ci tur üzrə müsahibələrin qrafiki yaxın günlərdə burada yerləşdiriləcəkdir.


21.10.2010
Baba Həmzəyevin inşası dərc olundu
"İki sahil" qəzetinin bu
günkü sayında Baba Həmzəyevin inşası "Mən neftçi olacağımla fəxr edirəm" adı altında dərc olunmuşdur (səh.8).


20.10.2010
2. Müsabiqə Komissiyasının iclası barədə
Müsabiqənin 2-ci turuna keçid ballarının təyin olunması ilə bağlı Komissiyanın iclası 22.10.2010 tarixində keçiriləcək.


1. Orxan Sadıqlının inşası dərc olundu
"İki sahil" qəzetinin bu
günkü sayında Orxan Sadıqlının inşası "Mühəndisliyə doğru atılan ilk addımlar" adı altında dərc olunmuşdur (səh.13).


19.10.2010
Test imtahanının nəticələri barədə

Aşağıdakı cədvəldə test imtahanında 50%-dən yuxarı nəticələr göstərən namizədlərin ballar və kurslar üzrə sayı verilmişdir. Cədvəldən görünür ki, 2-ci tura keçid balları keçən müsabiqəyə nisbətən yuxarı olmalıdır.

 
Cəmi
o cümlədən kurslar üzrə
2
3
4
M-1
M-2
İştirak edib
696
185
220
161
54
76
Ən azı 20 bal toplayanlar
522
132
166
122
47
55
Ən azı 21 bal toplayanlar
474
117
147
112
45
53
Ən azı 22 bal toplayanlar
435
106
133
104
44
48
Ən azı 23 bal toplayanlar
382
93
116
98
37
38
Ən azı 24 bal toplayanlar
323
82
97
80
33
31
Ən azı 25 bal toplayanlar
277
71
81
71
27
27
Ən azı 26 bal toplayanlar
215
54
62
57
25
17
Ən azı 27 bal toplayanlar
158
37
50
44
15
12
Ən azı 28 bal toplayanlar
119
25
41
31
14
8
Ən azı 29 bal toplayanlar
81
15
33
18
9
6
Ən azı 30 bal toplayanlar
52
10
21
12
7
2

Eyni göstəricilər ixtisas qrupları üzrə aşağıdakı kimi olmuşdur:

 
Cəmi
o cümlədən ixtisas qrupları üzrə
Avtom. və İKT
Boru kəmərl.
Ekolo-giya
Ener-getika
Geoloji kəşf.
İqtisa-diyyat
Kimya-texnol.
Neft-me-xanika
Qazma
QNM
Tikinti
İştirak edib
696
170
5
21
43
60
184
38
20
12
133
10
Ən azı 20 bal toplayanlar
522
137
3
14
24
41
149
22
10
9
106
7
Ən azı 21 bal toplayanlar
474
127
3
13
20
38
135
22
9
8
93
6
Ən azı 22 bal toplayanlar
435
116
3
10
18
35
125
19
8
8
88
5
Ən azı 23 bal toplayanlar
382
108
3
8
17
28
107
15
7
8
76
5
Ən azı 24 bal toplayanlar
323
95
2
8
14
24
89
10
4
7
66
4
Ən azı 25 bal toplayanlar
277
85
2
6
10
22
76
7
3
6
57
3
Ən azı 26 bal toplayanlar
215
70
1
6
9
13
62
3
1
5
43
2
Ən azı 27 bal toplayanlar
158
46
1
5
6
9
48
3
1
5
33
1
Ən azı 28 bal toplayanlar
119
36
1
4
3
7
37
2
1
2
25
1
Ən azı 29 bal toplayanlar
81
28
3
1
4
25
1
2
16
1
Ən azı 30 bal toplayanlar
52
19
1
2
19
10
1

Bu cədvələ baxdıqda isə, ən yüksək keçid balının hansı ixtisas qruplarında olacağı aydın olur. Bu nəticələr həm də onu göstərir ki, heç vaxt arxayınlaşmaq lazım deyil, hər dəfə əvvəlkindən daha yüksək nəticə göstərməyə hazırlaşmaq lazımdır.


18.10.2010
2. Dövlət Müstəqilliyi Gününüz mübarək!

Əziz tələbələr,
Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. 1991-ci ilin bu günü Azərbaycan xalqının
dünya xalqları ailəsinin müstəqil bir üzvünə çevrilməsini rəsmi bəyan etdiyi tarixi bir gündür. Bu Gün münasibəti ilə hamınızı təbrik edir və doğma Azərbaycanımızın müstəqilliyinin əbədi olması naminə fəaliyyətlərinizdə uğurlar arzulayırıq.


1. İlkin Şirəliyevin inşası dərc olundu
"İki sahil" qəzetinin 17.10.2010 tarixli
sayında İlkin Şirəliyevin "Mənim ARDNŞ-də Yay təcrübəm" inşası dərc olunmuşdur (səh.15).

17.10.2010
Diqqət! Diqqət! Müsabiqə iştirakçılarının nəzərinə
TQDK tərəfindən bu gün keçirilən test imtahanında topladığınız balı aşağıdakı linkdən öyrənə bilərsiniz. İmtahana 779 nəfər buraxılmışdı. Onlardan 696 nəfəri imtahanda iştirak etmiş, 80 nəfəri imtahana gəlməmiş, 3 nəfər isə imtahan qaydalarını pozduqlarına görə imtahana buraxılmamışlar.
Müsabiqənin 2-ci turuna keçid balı test imtahanının nəticələri təhlil edildikdən sonra ARDNŞ tərəfindən təyin olunacaqdır. Keçid balı ixtisas qrupları üzrə fərqlənəcəkdir. Keçid balları ARDNŞ-nin Müsabiqə Komissiyası tərəfindən müəyyən olunacaq. Komissiya qərar qəbul etdikdən sonra keçid balları və 2-ci tura keçən namizədlərin siyahısı, həmçinin müsahibələrin vaxtları burada elan olunacaqdır.


16.10.2010
İnşa müsabiqəsinə inşaların qəbulu başa çatdı
Müsabiqəyə adları aşağıda qeyd olunan 36 nəfər inşa təqdim etmişdir
:

Baharova Aynur Zakir q. Quliyev Elnur Zakir o.
Bayramov Səbuhi Güloğlan o. Quliyev Fəxrəddin Elşən o.
Dəmirova Türkan Minbər q. Quliyev Pərviz Qəzənfər o.
Əfəndiyeva Nurlanə Akif q. Lətifov Cəmil Rəssam o.
Əliyev Namiq Radil o. Məmiyev Vüsal İsbat o.
Əliyev Sənan Sadıx o. Məmmədov Anar Kamran o.
Əmmayev Təbriz Bilal o. Məmmədova Sənəm Nizami q.
Əzizbəyli Coşqun Fazil o. Məmmədova Vüsalə Asəf q.
Hacıyev Elvin Tərlan o. Mirzəyev Nicat Təyyub o.
Həmzəyev Baba Şahi o. Rüstəmova Cəmalə Oktay q.
Hüseynov Ayxan Rasim o. Sadıqlı Orxan Əsgər o.
Hüseynzadə Murad Elçin o. Salayev Asəf Əzizağa o.
İbrahimova Mehriban Ələkbər q. Şirəliyev İlkin Azər o.
İmaməliyev Sərkar Ənvər o. Tağıyev Vüqar İlyas o.
İsmayılov İsmayıl Rafiq o. Tağızadə Şahin Yadigar o.
Kərimov İlqar Qaçay o. Təsilov Coşqun Eyvaz o.
Osmanov Vüsal Şəmməd o. Teymurova Səbinə Timur q.
Quliyev Cavid Xanlar o. Zeynalova Vəfa İlham q.

Təqdim olunan inşalarların bir çoxu qoyulan minimum tələblərə cavab vermir, maraqlısı da, maraqsızı da, düşündürücüsü də, sevindiricisi də var. Müxtəlif janrlarda (reportaj, oçerk, gündəlik və s.) yazılıblar. Lakin necə yazılmasından asılı olmayaraq, heç bir maddi marağa ümid etmədən müsabiqəyə inşa göndərənlərə təşəkkür edirik.
Fikrini yazılı ifadə etmək qabiliyyəti yaxşı mütəxəssis üçün çox vacibdir. Bədii sənət nümayəndələrindən fərqli olaraq, o bu zaman bir neçə tələbi həmişə gözləməlidir: məsələnin mahiyyətini aydın izah etmək, konkret təklif vermək, təklifin dəyərini nəzərə almaq və eyni zamanda mümkün qədər qısa yazmaq...
Hazırda son günlər göndərilən inşalar oxunur. Yaxın günlərdə müsabiqənin qaliblərinin adları elan olunacaq.



15.10.2010
2. Buraxılış vərəqəsini almayanların nəzərinə
Buraxılış vərəqəsini almayanlar sabah da onları TQDK-nın binasında
saat 10:00-dan 17:00-dək ala bilərlər.

1. SOCAR Yay Məktəbi - 2010 barədə rəy sorğusu
SOCAR Yay Mektebi sorgu
29 avqust – 6 sentyabr 2010-cu il tarixləri arasında ilk dəfə olaraq SOCAR Yay Məktəbi keçirilmişdir. Məktəb barədə gənclərin nə dərəcədə məlumatlı olduğunu müəyyən etmək məqsədilə rəy sorğusu keçirilir. Sorğu 12 sualdan (cavab variantları olan 11 sual və 1 açıq sual) ibarətdir. Soğruda 31.11.2010 tarixinə qədər iştirak etmək olar. Sorğunun nəticələri burada elan olunacaqdır.



13.10.2010
Buraxılış vərəqəsi barədə
Buraxılış vərəqələri TQDK-nın nümayəndələri tərəfindən yalnız namizədin özünə veriləcək, başqa şəxsə verilə bilməz.



12.10.2010
Müsabiqənin 1-ci turu barədə
Müsabiqənin 1-ci turunda namizədlər bölməsində "seçildi" statusu olanlar iştirak edə bilərlər.
Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavablar ümumi balı azaltmır. Testlər azərbaycan və rus dillərində tərtib olunmuşdur.
Mobil telefon və əl çantaları ilə imtahan keçirilən binaya daxil olmağa icazə verilmir.
İmtahanın nəticələri saytımızda elan olunacaq. 2-ci tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaqdır.



11.10.2010
Təqaüd müsabiqəsinin 1-ci turunun vaxtı təyin olundu
Müsabiqənin 1-ci turu oktyabrın 17-də TQDK tərəfindən keçiriləcək. Bu tur məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. İmtahana şəxsiyyət vəsiqəsiburaxılış vərəqəsi olanlar buraxılacaqlar. İmtahanın keçirilmə saatı və yeri buraxılış vərəqəsində yazılır. Buraxılış vərəqələri 14-15 oktyabr tarixlərində hər gün saat 10:00-dan 17:00-dək TQDK-nın binasında paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən TQDK-ya müraciət etməlidirlər.



09.10.2010
İsmayıl İsmayılovun inşası dərc olundu
"İki sahil" qəzetinin bu
günkü sayında İsmayıl İsmayılovun "Mənim ARDNŞ-də Yay təcrübəm" inşası dərc olunmuşdur (səh.6).


07.10.2010
Təqaüd müsabiqəsi iştirakçılarının nəzərinə
Müsabiqənin 1-ci turunun keçirilmə vaxtı yaxın günlərdə elan olunacaq. Elanları izləyin.



06.10.2010
3. İnşa müsabiqəsində iştirak edənlərin nəzərinə
İnşaları hələ dərc olunmayan tələbələrdən xahiş olunur təcrübə keçdikləri müəssisədə çəkdirdikləri və maraqlı saydıqları şəkillərindən bir neçəsini khs@socar.az elektron poçt ünvanına göndərsinlər.

2. İşə qəbul olunan tələbələrin siyahısı
Müsabiqənin şərtlərinə görə təqaüdçü-məzunlar ARDNŞ-də işə qəbul olunurlar. 27.08.2010 tarixli elanda qeyd olunan şərtlərə cavab verən 10 təqaüdçü olmuşdur. Onlardan 6-sı (magistraturanı bitirənlər) avqust ayında işə qəbul olunmuşdur. Qalan 4 nəfər təqaüdçü-məzun və müsabiqələrdə iştirak etmiş, müxtəlif vaxtlarda təqaüdçü olmuş, həmçinin Yay təcrübəsində haqqında müsbət rəy alınmış digər tələbə və məzunlar bu ay işə qəbul olunacaqlar. Adları siyahıda olan və hələlik işə qəbul olunmayan gənclərdən xahiş olunur bir həftə müddətində müvafiq idarələrdən zəngləri gözləsinlər.

1. Elvin Hacıyevin inşası dərc olundu

"İki sahil"qəzetinin 06.10.2010 tarixli sayında Elvin Hacıyevin "Mənim ARDNŞ-də Yay təcrübəm" inşası dərc olunmuşdur (səh.7).



04.10.2010
Vüsalə Məmmədovanın inşası dərc olundu
"İki sahil"qəzetinin 02.10.2010 tarixli sayında Vüsalə Məmmədovanın "Mənim ARDNŞ-də Yay təcrübəm" inşası dərc olunmuşdur (səh.12).

01.10.2010
Asəf Salayevin inşası dərc olundu
"İki sahil" qəzetinin bu
günkü sayında Asəf Salayevin "Mənim ARDNŞ-də Yay təcrübəm" inşası dərc olunmuşdur (səh.4).


30.09.2010
2. İnşa müsabiqəsi barədə
Artıq müsabiqəyə 19 inşa qəbul olunub. Bəzi inşalar çox maraqlıdır. Qaliblərin az olacağını nəzərə alaraq, bəzi maraqlı inşaları "İki sahil" qəzetində dərc etdirməyi qərara aldıq. İnşalar qəzet redaksiyasının qərarı əsasında
qeyri-müntəzəm qaydada dərc olunacaq. Qəzetin bu günkü sayında Vəfa Zeynalovanın inşası "Arzum neftçi babamın yolunu davam etdirməkdir" adı altında dərc olunmuşdur (səh.7). Amma bu həmin inşanın ən yaxşı inşa seçilməsi demək deyil. Dərc olunan növbəti inşalar barədə də burada məlumat veriləcək.
Xatırladırıq ki, müsabiqəyə inşa qəbulu 15 oktyabrda başa çatır.

1. Yay təcrübəsi barədə sorğuda iştirak edin
sorgu

Bu sorğu növbəti Yay Təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə aparılır. Sorğu anketi 10 sualdan ibarətdir. Anketi doldurmaq üçün soldakı linkə daxil olun.
Sorğuda 9 sualın cavabı verilməlidir (variantlar seçilməlidir), 1 sualın cavabı isə açıqdır. Sorğu oktyabr ayının sonunadək keçirilir və nəticələri burada elan olunacaq. Xahiş edirik sorğuda fəal iştirak edəsiniz.


24.09.2010
2. Təqaüd müsabiqəsinə qeydiyyat başa çatdı

Müsabiqəyə qeydiyyat artıq başa çatıb. 27.09.2010 tarixinədək çatışmayan sənədləri göndərənlərin statusuna yenidən baxılacaq. Həmin tarixdən sonra göndərilən sənədlərə baxılmayacaq."Seçildi" statusu olan tələbələr müsabiqənin 1-ci turuna buraxılırlar. 1-ci tur test imtahanından ibarət olacaq. Test imtahanı barədə 10.03.2010 tarixli elandan müəyyən məlumat almaq olar. Növbəti həftə ərzində imtahanın vaxtı və yeri TQDK ilə razılaşdırılacaq. Əlavə məlumatlar və dəyişikliklər burada elan olunacaq.

1. Bu müsabiqədə iştirak edə bilməyənlərin nəzərinə
Ruhdan düşməyin. Əksəriyyətiniz daha yaxşı oxuyub, növbəti müsabiqədə iştirak etmə imkanı qazana bilərsiniz. Növbəti müsabiqəyə qeydiyyat 1-21 fevral 2011-ci il tarixlərində aparılacaq
.



22.09.2010
İnşa müsabiqəsi davam edir

Ödənişli Yay təcrübəsində iştirak etmiş 125 tələbədən indiyədək cəmi 8 nəfəri inşa yaza bilib. Sabahın mütəxəssisi olmaq istəyən tələbənin fikirlərini ifadə edə (hesabat verə) bilməməsi və ya 1-2 aylıq təcrübə müddətində heç bir fikir formalaşdıra bilməməsi çox acınacaqlıdır.


20.09.2010
Neftçilər Gününüz mübarək!

Əziz tələbələr,
Bu sayta daxil olanların əksəriyyəti gələcək karyerasını neft sənayesi ilə bağlamaq istəyən gənclərdir. Məhz bu istəyə görə sizə də bizimlə
- çoxminli neftçılər ailəsi ilə birlikdə bu Günün sevincindən pay düşür. Hamınızı xalqımız, respublikamız üçün əlamətdar bir gün olan Neftçilər Günü münasibəti ilə təbrik edirik! Gələcək sınaqlarda müvəffəqiyyətlər arzulayırıq.



17.09.2010
Təqaüd müsabiqəsinə qeydiyyatın müddəti daha 1 gün artırıldı!

Müsabiqəyə qeydiyyat 13-20 sentyabr tarixlərində aparılacaq. Bu tarixdən sonra elektron ərizə-anket forması bağlanacaq. Həmin tarixədək qeydiyyata düşmüş, lakin müəyyən məlumatların çatışmazlığı səbəbindən "seçilmədi" statusu olan tələbələr 25 sentyabradək çatışmayan sənədlərini
khs@socar.az elektron poçt ünvanına təqdim edə bilərlər.
Xatırladırıq ki, müsabiqənin şərtlərinə dəyişiklik olunub. Dəyişikliklərlə və müsabiqəyə müraciətlə bağlı digər məsələlərlə 30.06.2010, 05.07.201006.07.2010 tarixli elanlarda tanış ola bilərsiniz.

13.09.2010
DİQQƏT! ARDNŞ Təqaüd müsabiqəsi üçün sənəd qəbulunu davam etdirir
start
Müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisaslardan olan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənın şərtlərisuallar ilə tanış olduqdan sonra ərizə-anket bölməsində elektron qeydiyyata düşməlidirlər. Qeydiyyat 13-19 sentyabr tarixlərində aparılacaq. Təqaüd iyul-2010 - yanvar-2011 aylarını (7 ay) əhatə edir və aylıq 70 manat təşkil edir.
Ali məktəbin bakalavriat pilləsinə bu il qəbul olunmuş tələbə müsabiqədə iştirak edə bilməz, o yalnız 1-ci semestr imtahanlarını verdikdən sonra müsabiqədə iştirak edə bilər. Magistratura pilləsinə bu il qəbul olunmuş tələbə hansı universitetə hansı ixtisas üzrə qəbul olunmasını təsdiq edən sənədin və bakalavr qiymətlərinin (transkriptinin) surətlərini təqdim etməlidir.


09.09.2010
Ramazan Bayramınız mübarək!

Əziz tələbələr,
Sizi və doğmalarınızı
Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edirik. Sizə can sağlığı, dərslərinizdə və qarşıda gələn ARDNŞ təqaüd müsabiqəsində müvəffəqiyyətlər arzulayırıq.


07.09.2010
ARDNŞ inşa müsabiqəsi barədə

Müsabiqəyə təqdim olunan inşalarda orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik qiymətləndiriləcək. İnşalar tərkibi eyni olan və biri digəri haqqında məlumatı olmayan ən azı 5 mütəxəssis tərəfindən oxunaraq qiymətləndiriləcək. Mütəxəssislərə qiymətləndirmə üçün göndərilən inşaların müəllifləri anonim saxlanılacaq.
Fikirlərini səlis, konkret və məntiqi qaydada yazılı ifadə etmək müasir mütəxəssisdən tələb olunan vacib keyfiyyətlərdən biridir.


06.09.2010
2. ARDNŞ inşa müsabiqəsi elan edir

ARDNŞ ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda inşa müsabiqəsi elan edir. İnşada təcrübəçi təcrübə müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin təşkili sahəsində öyrəndiyi əməli biliklər barədə fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər. İnşa azərbaycan dilində 1000  (± 100) sözdən ibarət olmalıdır. Hər inşanın əvvəlində təcrübəçinin soyadı, adı və atasını adı, təhsil aldığı universitet, ixtisas və bitirdiyi kurs, təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı, təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi, təcrübə müddəti (tarixlər) qeyd olunmalıdır (bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır). İnşalar 15.10.2010 tarixinədək .doc formatında khs@socar.az elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 2 inşa saytımızda yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaq.

1. SOCAR Yay Məktəbi - 2010 başa çatdı
29 avqustda başlayan Yay Məktəbi 6 sentyabrda başa çatdı.
Məktəbin işi barədə gündəlik məlumatlarla "SOCAR Yay Məktəbi" bölməsinin "elanlar" səhifəsində tanış ola bilərsiniz.


27.08.2010
Məzun təqaüdçülərin nəzərinə

Artıq Yay təcrübəsini başa vuran (və ya vurmaqda olan) və diplomunu almış təqaüdçü-məzunlar CV-lərini bizə (khs@socar.az) təqdim edə bilərlər. Nəzərə alın ki, magistraturanın əyanı şöbəsinə qəbul olunan tələbə işə qəbul edilə bilməz. Hərbi xidmətə gedənlərdən xahiş olunur bu barədə bizə məlumat versinlər. İşə qəbul məsələlərinə 20 sentyabrdan sonra baxılacaq, bu zaman təqaüdçünün Yay təcrübəsindəki fəaliyyəti nəzərə alınacaq.


24.08.2010
Təcrübəcilərin nəzərinə

Yaxın günlərdə saytımız vasitəsilə ödənişli Yay təcrübəsi iştirakçıları arasında sorğu keçiriləcək. Sorğunun nəticələri bu proqramın üstünlüklərini və çatışmazlıqlarını tələbə gözü ilə görməyə, gələcəkdə təcrübə proqramını daha da təkmilləşdirməyə imkan verəcək. Xahiş edirik sorğuda fəal iştirak edəsiniz.

17.08.2010
SOCAR Yay Məktəbi Müsabiqə Komissiyasının son iclası
SOCAR Yay Mektebi
16.08.2010 saat 18:00-da işə başlayan Müsabiqə Komissiyası müsahibələrin yekunlarını müzakirə etdi və SOCAR Yay Məktəbi iştirakçılarının seçimini başa çatdırdı. Məktəbə seçilən 30 iştirakçıdan 9-u qız, 21-i oğlandır. 10 nəfər gözləmə siyahısına daxil edilib. İştirakçılardan kimsə hər hansı səbəbdən Məktəbdə iştirak edə bilməsə və ya Məktəbdən xaric edilərsə, gözləmə siyahısında uygun ixtisasdan və cinsdən olan digər iddiaçıya müraciət olunacaq. İştirakçıların siyahısı və şəkilləri burada yerləşdirilib.


23.07.2010
SOCAR Yay Məktəbinə sənəd qəbulu şərtlərinə dəyişiklik edildi
SOCAR Yay Mektebi
Gənclərin müraciətləri nəzərə alınaraq, SOCAR Yay Məktəbinə sənəd qəbulu şərtlərinə kiçik dəyişikliklər edilmişdir. Dəyişikliklər barədə "SOCAR Yay Məktəbi" bölməsinin elanlar səhifəsində ətraflı tanış ola bilərsiniz.

22.07.2010
Tələbələrin nəzərinə

Müsabiqəyə qeydiyyat bu gün dayandırılmışdır. Müraciət edən namizədlərin sənədləri yoxlanılır. Bu günlərdə axırıncı siyahı Namizədlər bölməsində yerləşdiriləcək. Çatışmayan sənədləri khs@socar.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələbələrin bir çoxunun yay tətilində olduğunu nəzərə alaraq müsabiqəyə sənəd qəbulu 13-19 sentyabr 2010 tarixləri arasında davam etdiriləcəkdir.


19.07.2010
Təqaüd müsabiqəsinin 1-ci turunun vaxtı barədə

Hazırda tələbələrin əksəriyyəti yay tətilində şəhərdən kənarda, həmçinin bir çoxunun müsabiqədən xəbərsiz olduqlarını nəzərə alaraq, Təqaüd müsabiqəsinin 1-ci turu, hər il olduğu kimi, cari ilin oktyabr ayında keçiriləcək. 1-ci turun dəqiq tarixi sentyabr ayında burada elan olunacaq.

15.07.2010
SOCAR Yay Məktəbinə sənəd qəbulu başladı
SOCAR Yay Mektebi
SOCAR Yay Məktəbinə müraciət etmək istəyən tələbələr üçün daha ətraflı məlumat


12.07.2010
ARDNŞ-də ödənişli yay təcrübəsinə seçilənlərin nəzərinə
tecrube
Müvəqqəti işlə təmin olunmaq üçün siyahıda qeyd olunmuş müəssisələrin Kadrlar şöbələrinə 14.07.2010 tarixində saat 15:00-dan etibarən müraciət edə bilərsiniz. Xahiş olunur müəssisələrdə narahatçılıq yaratmayasınız. Özünüzlə şəxsiyyət vəsiqəsi və transkriptinizi götürməyi unutmayın. İşə düzəlmənın rəsmiləşdirilməsi 1-2 gün çəkə bilər (müvafiq sənədlərin təqdim olunması, fərdi əmək müqaviləsinin bağlanması və sairə işlərlə əlaqədar).
Müəssisələrin ünvanlarını http://www.socar.az/struktur-az.html internet səhifəsindən əldə edə bilərsiniz.


10.07.2010
ARDNŞ Yay məktəbi təşkil edəcək
Saytımız vasitəsilə 31 aprel - 15 may arası gənclər arasında keçirilmiş elektron rəy sorğusunun nəticələri nəzərə alınaraq, ARDNŞ tərəfindən avqustun sonu - sentyabrın əvvəllərində ali məktəblərin azərbaycanlı tələbələri üçün 8 günlük Yay Məktəbi təşkil edəcək. Məktəbə 30 tələbə qəbul olunacaq. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin şərtləri və qaydaları, həmçinin Yay məktəbi layihəsi barədə məlumatlar yaxın günlərdə burada yerləşdiriləcək.


10.07.2010
ARDNŞ-də ödənişli yay təcrübəsinə seçilənlərin nəzərinə
tecrube
Ödənişli yay təcrübəsinə qəbul edilənlərin hansı müəssisələrdə işləyəcəyi burada qeyd olunmuşdur. "Azneft" İB, "Azərikimya" İB, Kompleks Qazma İşləri Tresti, "Neftqaztikinti" tresti, Xəzər Dəniz Neft Donanması, Geofizika və Geologiya İdarəsi və Neft Kəmərləri İdarəsinə göndərilən tələbələr yay təcrübəsini həmin müəssisələrin tabeliyində olan müvafiq idarələrdə (dənizdə və ya quruda) keçəcəklər.
Təcrübənin son tarixi 12.09.2010-dur (fasiləsiz iş rejimi olan müəssisələr üçün həmin tarix iş günüdür).

Təcrübə müddətində və ya sonra təcrübəçilər arasında elektron rəy sorğusu keçiriləcək. Xahiş edirik sorğuda iştirak edəsiniz. Sorğu Təcrübə proqramının üstünlük və çatışmazlıqlarını aşkar etməyə, nöqsanların gələcəkdə aradan qaldırılmasına kömək edəcək.

Diqqət! Cədvəldə qeyd olunan müəssisələrə nə vaxt müraciət etmək barədə əlavə elanı gözləyin.


09.07.2010
ARDNŞ-də ödənişli yay təcrübəsinə qəbul olunanların yekun siyahısı
tecrube
Təcrübəyə qəbul olunanları təbrik edirik. Təəssüf edirik ki, daha çox tələbəyə bu imkanı yaratmaq mümkün olmadı. Bir çox tələbə yalnız ixtisaslar üzrə yer məhdudiyyəti səbəbindən seçilə bilmədi. Ümid edirik ki, belələri ruhdan düşməyəcək və növbəti ildə daha yaxşı nailiyyətlərlə Təcrübə proqramına müraciət edəcəklər.
Bu ARDNŞ-nin həyata keçirdiyi ilk ödənişli Təcrübə proqramıdır.

Proqramın həyata keçirilməsi tələbələrin istehsalatla yaxından tanış olmaları, iş atmosferini anlamaları, nəzəri biliklərini real iş şəraitində sınamaları, ixtisası barədə daha dolğun informasiya toplamaları, həmçinin onların iş keyfiyyətləri barədə ARDNŞ-də məlumatlar bazasının formalaşdırılması məqsədi daşıyır. Düşünürük ki, bu təcrübə gələcəkdə həm nəzəri dərslərin daha yaxşı mənimsənilməsi, həm də gələcək karyera üçün tələbəyə faydalı olacaq.

İki gün ərzində təcrübəçilərin hansı müəssisədə işləyəcəyi barədə burada məlumat veriləcək. Xatırladırıq ki, saytımızda yalnız baş idarələrin adları qeyd olunacaq. Təcrübəçı müvafiq baş idarədən ona tabe olan müəssisəsinə göndəriləcək (məsələn, qarşısında "Azneft" İB yazılan təcrübəçi İB-nin çoxsaylı idarələrindən birinə göndərilə bilər).

Təcrübəçilərin işi və davamiyyəti barədə bütün məlumatlar Baş ofisə göndəriləcək. Təcrübəçinin gələcəkdə ARDNŞ-ə işə qəbul olunması zamanı bu məlumatlar nəzərə alınacaq.
Əmək intizamını pozan təcrübəçi işdən azad olunacaq.


07.07.2010
ARDNŞ-də ödənişli yay təcrübəsinə müraciət edənlərin nəzərinə
İxtisaslar üzrə say məhdudiyyəti ilə əlaqədar təcrübəyə qəbul olunan bəzi tələbələrin (xüsusilə "İqtisadiyyat" ixtisas qrupu üzrə) statusu dəyişə bilər. Bu zaman axırıncı semestr teqaüdçülərinə və əvvəlki semestrlərdə yaxşı nailiyyətləri olan tələbələrə üstünlük veriləcək.


06.07.2010
Müsabiqəyə qeydiyyata düşənlərin nəzərinə
Elektron qeydiyyat formasını doldurarkən diqqətli olun:
- Əvvəl soyad, sonra isə adınızı yazın;
- Azərbaycan şriftlərindən istifadə edin;
- Baş hərflər istisna olmaqla bütün sözləri kiçik hərflərlə yazın;
- Fakültə və ixtisas adlarını tam və düzgün yazın (bu zaman “namizədlər” cədvəlindəki ixtisarlardan istifadə edə bilərsiniz);
- Ünvan sətrində hazırda yaşadığınız (ve ya müvəqqəti qeydiyyatda olduğunuz) yox, daimi qeydiyyatda olduğunuz ünvanı qeyd edin;
- Ünvanı tam yazın (məsələn: Bakı, Binəqədi r-nu, Biləcəri qəs., Mahir Əhmədov küç., ev 101, m.72);

- Qiymət kitabçasında əllə düzəliş etməyin, belə hallar saxtakarlıq kimi qiymətləndiriləcək və həmin tələbə nə bu, nə də sonrakı müsabiqələrə buraxılmayacaq. Kitabçada qiymətə sizdən asılı olmayan səbəblərdən düzəlişlər olduğu halda, dekanlıqdan qiymət kitabçasının çıxarışını almalı və bizə təqdim etməlisiniz.


05.07.2010
Müsabiqə şərtlərinə dəyişiklik barədə
Əvvəlki semestrlərdə 1 və ya 2 "kafi" (və ya "69"-dan aşağı) qiyməti olan, lakin ən azı son 2 semestrdə "kafi" qiymətləri olmayan tələbələr də Təqaüd müsabiqəsində iştirak edə bilərlər. Müsabiqə iştirakçısının bütün təhsil dövründə 2-dən çox "kafi" qiyməti olmamalıdır.

30.06.2010
DİQQƏT! DİQQƏT! DİQQƏT! ARDNŞ növbəti Təqaüd müsabiqəsi elan edir
!
start
Müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisaslardan olan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənın şərtlərisuallar ilə tanış olduqdan sonra ərizə-anket bölməsində elektron qeydiyyata düşməlidirlər. Qeydiyyat 1-21 iyul tarixlərində aparılacaq. Təqaüd iyul-2010 - yanvar-2011 aylarını (7 ay) əhatə edir və aylıq 70 manat təşkil edir.
Ali məktəbin bakalavriat pilləsinə bu il qəbul olunmuş tələbə müsabiqədə iştirak edə bilməz, o yalnız 1-ci semestr imtahanlarını verdikdən sonra müsabiqədə iştirak edə bilər. Magistratura pilləsinə bu il qəbul olunmuş tələbə hansı universitetə hansı ixtisas üzrə qəbul olunmasını təsdiq edən sənədin və bakalavr qiymətlərinin (transkriptinin) surətlərini təqdim etməlidir.
Qeydiyyata düşmək üçün tələb olunan sənədlərin surətlərini çıxararkən nəzərə alın ki, qiymət kitabçasının səhifələrinin yuxarısında tədris ili, tələbənin soyadı və adı qeyd olunmalı, bütün qiymətlər müəllimlərin imzası ilə olmalıdır. Qeydiyyat zamanı latın qrafikalı Azərbaycan hərflərindən istifadə olunmalıdır.
Əvvəlki illərdə 1-2 "kafi" qiymətləri olan tələbələrlə bağlı müsabiqə şərtlərində dəyişikliklər gözlənilir. Elanları izləyin.

Boloniya sistemi ilə təhsil alan tələbələrin nəzərinə!

Müsabiqədə iştirak etmək üçün bütün fənlərdən qiymətlər ən azı "69" olmalıdır.


29.06.2010
Təcrübə keçmək istəyənlərin nəzərinə
ARDNŞ-də ödənişli yay
təcrübəsinə müraciət edənlərin sayının çoxluğu təşkilati məsələlərdə müəyyən gecikmələrə səbəb olub. Hazırda təcrübəçilər üçün ayrılan yerlərin sayını artırmaq məsələsi araşdırılır. Bu səbədən bəzi tələbələrin statusu dəqiqləşdirilməyib ("baxılır"). 07.07.2010 tarixinədək təcrübəyə seçimi yekunlaşdırmağı və 12.07.2010 tarixinədək seçilənləri işlə təmin etməyi planlaşdırırıq.


23.06.2010
Təcrübə keçmək istəyənlərin nəzərinə
ARDNŞ-də ödənişli yay
təcrübəsi üçün müraciət edənlərin sənədlərini araşdırdıqdan sonra bəzi məsələlərə aydınlıq gətirməyi vacib sayırıq.
Müraciət edənlərin bir çoxu hazırda işləyir, xarici ölkə ali məktəblərinə qəbul olunub, hərbi xidmətə getməlidir, universitetin məcburi diplom praktikasında olmalıdır və sairə. Belə olan halda həmin şəxs bu Proqramda necə iştirak edə biləcək? Bu proqram çərçivəsində təcrübəyə qəbul olunan şəxslə müvəqqəti əmək müqaviləsi bağlanacaq və o, digər işçilərlə eyni hüquq və məsuliyyətlər daşıyacaq. Yəni, məsələn, idarənin iş günü saat 09:00-dan 18:00-adəkdirsə, təcrübəçi də həmin rejimdə işləyəcək. Tələbələr ARDNŞ-nin quruda (Abşeron yarımadasında) yerləşən müxtəlif müəssisələrində işə qəbul olunacaqlar. Təcrübəçinin istədiyi saatlarda və ya günlərdə işə gəlmək azadlığı yoxdur. Belə hallara görə o, işdən qovulacaq. Bu isə onun haqqında mənfi rəy yaradacaq və gələcəkdə işə düzəlməsinə mane olacaq. Bir daha xatırladırıq ki, bütün təcrübə keçənlərin iş yerlərində fəaliyyəti barədə arayışlar Baş ofisdə toplanacaq və gələcəkdə ARDNŞ-də işə düzəlmələri zamanı böyük rol oynayacaq.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, fikrini dəyişmək istəyənlərin bir gün müddətində khs@socar.az elektron poçt ünvanına məlumat vermələrini xahiş edirik.



17.06.2010
Tələbələrin nəzərinə
ARDNŞ-də ödənişli yay təcrübəsinə CV qəbulu 16 iyunda başa çatıb. Bu tarixdən sonra göndərilən CV-lərə baxılmayacaq.
Təcrübəyə qəbul olunanların siyahısı yaxın günlərdə burada yerləşdiriləcək.


16.06.2010
CV göndərənlərin nəzərinə
13-16 iyun tarixlərində (qeyri-iş günlərində) ARDNŞ-də ödənişli yay təcrübəsinə müraciət edənlər barədə məlumatlar hissə-hissə bu həftə ərzində saytımızda yerləşdiriləcək.
ARDNŞ-nin axırıncı təqaüd müsabiqəsində iştirak etməmiş tələbə transkriptinin surətini 18.06.2010 tarixinədək khs@socar.az elektron poçt ünvanına göndərməlidir. Bu tələbələrdə transkripti ARDNŞ təqdim olunmayanların namizədliyinə baxılmayacaq. Həmin tarixə transkriptini ala bilməyən tələbə qiymət kitabçasının səhifələrinin surətini, 25.06.2010 tarixinədək isə transkriptinin surətini göndərməlidir.
Digər tələbələr 30.06.2010 tarixinədək transkriptləni ala bilərlər. Bu tələbələrin transkripti bizə göndərməsinə ehtiyac yoxdur. Transkript barədə 07.06.2010 tarixli elandan ətraflı oxuyun.
Təcrübəyə qəbul olunanların siyahısı, həmçinin kimin hansı müəssisəyə göndərilməsi barədə məlumat burada yerləşdiriləcək. Heç bir tələbəyə zəng olunmayacaq. Elanları izləyin.



14.06.2010
CV göndərənlərin nəzərinə
CV-ni yazarkən diqqətli olun. CV özünü tanımadığın adam haqqında ilk məlumat mənbəyidir. CV-dən onu tərtib edənin səliqəsi, diqqətliliyi, məsuliyyətliliyi, səbirliliyi, özünü təqdim etmə bacarığı, məntiqi, göndərdiyi təşkilata münasibəti barədə kifayət qədər məlumat əldə etmək olar. Yalnız CV-ni doldurmağa görə iddiaçı seçilməyə bilər.
Əvvəlki elanda qoyulmuş CV adından da göründüyü kimi nümunə olaraq qoyulub. Nümunə bütün hallar üçün nəzərdə tutulmuşdur. Əgər tələbənin iş təcrübəsi, nailiyyətləri, əlavə məlumatları yoxdursa, boş xanaları saxlamağa ehtiyac da yoxdur. Bəzi tələbələr soyad, ad və ata adlarını yazmırlar, şəkil yerini boş saxlayırlar və ya qeyri-ciddi şəkil yerləşdirirlər, nailiyyətlərin nə olduğunu bilmirlər, rəngbərəng şriftlərdən, naxışlardan istifadə edirlər, ingilis dilində yazırlar və ya Azərbaycan şriftlərindən istifadə etmirlər və s. Siz istənilən adda e-mail götürə bilərsiniz, amma hər hansı təşkilata müraciət edirsinizsə, adınız və soyadınızı göstərən e-mail-dən istifadə edin. "Gecə sakini", "Mələklər adası", "Streetboy", "Sevgilim", "Killer", "Moonlieght", "Kukolka", "Yek oglan", "Prins", "Prinsessa", "666", "Goggi", "Mayami", "Dreamgirl" və bu kimi digər qeyri-ciddi e-mail adları ilə müraciət edən gənclərin CV-lərinə heç bir ciddi təşkilat vaxt sərf etməz. Özünüzün və başqalarının vaxtını qiymətləndirməyi öyrənin.
Göndərdiyiniz CV-lərə bir də işəgötürən gözü ilə baxın.
Unutmayın ki, CV-nizlə siz öz obrazınızı yaradırsınız.

07.06.2010
Tələbələr üçün ARDNŞ-də ödənişli yay təcrübəsi
ARDNŞ-də ödənişli yay təcrübəsi yalnız ali məktəb tələbələri üçün təşkil olunur. Yay təcrübəsi keçmək istəyənlər iyunun 16-dək CV-lərini (azərbaycan dilində) khs@socar.az elektron poçt ünvanına göndərməlidirlər.
Ödənişli təcrübəyə bakalavriatın 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr müraciət edə bilərlər.
Axırıncı semestrdə ARDNŞ təqaüdçüsü olmuş tələbələr şərtsiz, digərləri isə seçim əsasında təcrübəyə götürüləcəklər. Seçim zamanı həmin tələbələrin ARDNŞ təqaüd müsabiqəsində göstərdiyi nəticələrə üstünlük veriləcək.
Təcrübəyə ixtisaslar bölməsində qeyd olunanlardan başqa insan resursları və hüquq (biznes, kommersiya) ixtisasları üzrə təhsil alan tələbələr də götürülə bilər. Təcrübə ən tez 01.07.2010 tarixindən başlayacaq və tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay davam edə bilər.
Təcrübəyə qəbul edilən tələbə (təcrübəçi) ilə müvafiq iş yerlərində müvəqqəti əmək müqaviləsi bağlanacaq. Əmək müqaviləsində işəgötürən və təcrübəçinin öhdəlikləri, funksiyaları, əməyin ödənilməsi şərtləri, əmək şəraiti və digər müddəalar öz əksini tapır. Təcrübəçi müəssisədə bütün digər işçilərin iş rejimi ilə işləyəcək.
Təcrübəçinin əmək haqqı iş yerindən asılı olaraq 238 və ya 285 manat ola bilər. Əmək şəraitinə görə mövcud iş yerində tətbiq olunan bütün əlavə ödənişlər (zərərli və ya ağır iş şəraitinə görə, şirin su mənbələrindən uzaqlığa görə, axşam və ya gecə növbələrinə görə və sairə) təcrübəçiyə də şamil edilir. Bundan əlavə hər iş gününə görə təcrübəçiyə 3 manat hesabı ilə yemək xərci ödəniləcək.
Hər bir təcrübəçi barədə iş yerlərindən verilən rəy Baş ofisdə toplanacaq və gələcəkdə həmin tələbə ARDNŞ-ə işə qəbul olunmaq üçün müraciət etdikdə, nəzərə alınacaq. İndiyədək təcrübə üçün CV təqdim etmiş tələbələrin siyahısı burada yerləşdirilib. Həmin siyahıda “?” olan xanaların cavabını khs@socar.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təcrübəçi işə qəbul olunmaq üçün tələb olunan sənədləri iş yerinə təqdim etməlidir. Həmin sənədlərdən biri də tələbənin transkriptidir (qiymət kitabçasından çıxarış). Transkriptin yuxarısında tələbənin soyadı, adı və atasının adı, təhsil aldığı ali məktəbin, fakültənin, ixtisasın adı qeyd olunmalı və sənəd dekan tərəfindən imzalanmalı və möhürlənməlidir. Transkriptdəki qiymətlər axırıncı (yaz) semestr istisna olunmaqla, bütün əvvəlki semestrləri əhatə etməlidir. Yay tətili müddətində dekanlığın bağlanacağını nəzərə alaraq, məsləhət görürük ki, bu sənədi indidən alasınız.


22.05.2010
Tədbir iştirakçılarının siyahısı müəyyən olundu
24.05.2010 tarixində ARDNŞ-nin Baş ofisində keçiriləcək tədbirdə iştirak edəcək tələbələrin siyahısı burada yerləşdirilib. Tədbirə səliqəli geyimlə gəlməyiniz və şəxsiyyətinizi təsdiq edən sənədi götürməyiniz xahiş olunur.



21.05.2010
Təqaüdçülərin nəzərinə
Təqaüdlər hesablara 24.05.2010 tarixində köçürüləcək və 26.05.2010 tarixindən hər bir təqaüdçü bank kartı ilə istənilən bankomatdan təqaüdünü çıxara biləcək. Xatırladırıq ki, təqaüdçülərin hesabına 5 ay (fevral-iyun ayları) üçün 350 manat köçürüləcək.



19.05.2010
Bank kartı alanların nəzərinə
Bank kartını almaq üçün ARDNŞ-nin Baş ofisində keçiriləcək tədbirdə iştirak edə bilməyən tələbələr kartlarını 25-27 may tarixlərində hər gün saat 15:00-dan 17:00-dək
Baş ofisinin (Azneft meydanı) Qəbul otağında Kadrların hazırlanması şöbəsi əməkdaşlarından (daxili telefon nömrələri: 10-177, 10-322) ala bilərlər (şəxsiyyət vəsiqəsini göstərməklə).


18.05.2010
Təqaüdçülərin nəzərinə
Təqaüdçülərə bank kartları 24.05.2010 tarixində saat 16:00-da ARDNŞ-nin Baş ofisində keçiriləcək ənənəvi təntənəli tədbirdə Şirkətin prezidenti tərəfindən təqdim olunacaq. Hər bir təqaüdçü tədbirdə iştirak edə bilər. Lakin zalda yerlərin məhdud olması ilə əlaqədar, bütün təqaüdçülərin tədbirdə iştirak etməsi mümkün deyil. Bu səbəbdən iştirak üstünlüyü ilk dəfə seçilmiş təqaüdçülərə veriləcək. Tədbirdə Təhsil Nazirliyinin, TQDK-nın, müvafiq universitetlərin rəhbərliyi və KİV nümayəndələri iştirak edəcək. Bu tədbirdə iştirak etmək istəyən təqaüdçülər 22.05.2010 tarixinədək khs@socar.az electron poçtuna məlumat verməlidirlər. İştirakını təsdiqləyən təqaüdçülər (şəxsiyyət vəsiqəsi ilə) 24.05.2010 tarixində saat 15:00-da ARDNŞ-nin Baş ofisində (Azneft meydanı) olmalıdırlar.


Tədbirdə iştirak edəcək tələbələrin siyahısı 24.05.2010 tarixində saat 12:00-dək burada yerləşdiriləcək.

03.05.2010
Sorğuda iştirak edənlərin nəzərinə
Müsabiqə barədə tələbələr arasında keçirdiyimiz sorğu başa çatmışdır. Sorğuda iştirak edən hər bir tələbəyə təşəkkürümüzü bildiririk. Əvvəl qeyd etdiyimiz kimi, sorğunun nəticələrini burada yerləşdiririk. Sorğunun nəticələri işimizdəki çatışmazlıqları aşkar etməkdə bizə yardımçı olacaq. Ümid edirik ki, sorğunun nəticələri tələbələr üçün də faydalı olacaq.

Əlbəttə, sorğunun nəticələri subyektiv fikirləri əks etdirir. Sorğu ilə biz tələbələr arasında müsabiqə ətrafında mövcud olan subyektiv fikirləri öyrənmək istəyirdik, çünki biz bu işi həm də onlara görə edirik. Başa düşürük ki, sorğunun nəticələrinin keyfiyyəti respondentlərin sayından çox asılıdır. Amma bu ilk sorğulardan biridir və biz bunu konkret kontingent - müsabiqəyə maraq göstərən və internetdə işləyə bilən tələbələr arasında aparmışıq. Biz sorğunu ciddi reklam da etməmişik, görürsünüz ki, 19 apreldən sonra ilk açılan səhifədə sorğunun keçirilməsi barədə elan heç görünmürdü, onun keçirilməsini bilmək üçün tələbə köhnə elanlara baxmalı idi. Bunun nəticəsi sorğuda iştirak dinamikasında da öz əksini tapıb.  Ümid edirik ki, gələcək sorğularımıza daha çox gənc cəlb edə biləcəyik.

Yay Məktəbinin təşkili ilə bağlı sorğunun da nəticələrini yaxın günlərdə bu bölmədə yerləşdirəcəyik.


23.04.2010
Təqaüdçülərin nəzərinə
ARDNŞ tərəfindən verilən bank kartının müddəti bitmiş tələbələr kartlarını 26-28 aprel tarixlərində hər gün saat 15:00-dan 16:00-dək ARDNŞ-nin Baş ofisinin (Azneft meydanı) Qəbul otağında Kadrların hazırlanması şöbəsi əməkdaşlarına təqdim etməlidirlər.

Təqaüdlər bütün təqaüdçülərin hesabına eyni gündə köçürüləcək. Ona görə də yeni teqaüdçülərin kartları açılana və müddəti bitmiş kartların müddəti artırılanadək heç bir təqaüdçünün hesabına pul köçürülməyəcək. Yeni kartlar ARDNŞ-nin Baş ofisində təqdim olunacaq.

Buraxılış kurslarının (bakalavriatın 4-cü kursu və magistraturanın 2-ci kursu) təqaüdçü tələbələri ali məktəbi bitirib diplomu aldıqdan sonra ARDNŞ-də işləmək istəyirlərsə, burada yerləşdirilmiş CV formasını doldurub khs@socar.az electron poçtuna göndərməlidirlər. CV-ni doldurarkən diqqətli olun, Azərbaycan şriftlərindən istifade edin, şəklinizi qoymağı unutmayın, təhsiliniz və iş təcrübəniz barədə məlumatlar tam olmalıdır. Düzgün doldurulmayan CV-nin sahibi ARDNŞ-ə çağırılmayacaq. Bu zaman nəzərə alın ki, bakalavriatı bitirib magistraturanın əyani bölməsinə qəbul olunan tələbə işə götürülə bilməz.

Digər kurslardan olan təqaüdçülərin yayda ARDNŞ-də təcrübə keçmə qaydaları barədə saytımızda ətraflı məlumat veriləcək.


22.04.2010
Müsahibələrin nəticələri elan olundu!!!
ARDNŞ-nin Müsabiqə Komissiyasının 22 aprel tarixli iclasında 2009-2010-cu tədris ilinin I semestrinin nəticələrinə əsasən fevral-2010 - iyun-2010 ayları üçün ARDNŞ təqaüdçüsü seçilmiş tələbələrin siyahısı təsdiq olundu. Təqaüdçüləri təbrik edirik!

Təqaüdçü seçilməyən tələbələrə ruhdan düşməməyi və növbəti müsabiqəyə daha yaxşı hazırlaşmağı tövsiyə edirik. Növbəti müsabiqə iyul ayında elan olunacaq.



19.04.2010
Sorğularda iştirak edənlərin nəzərinə

Saytımızda aparılan sorğularda iştirak edən gənclərin hər birinə təşəkkürümüzü bildiririk. Bu cavablar bizə nöqsanlarımızı görməyə və gələcəkdə onları aradan qaldırmağa, yeni təklifləri nəzərə almağa imkan verəcək. bu günədək "ARDNŞ-nin Yay Məktəbi" sorğusunda 222 nəfər, "Təqaüd müsabiqəsi" sorğusunda isə 84 nəfər iştirak etmişdir. Sorğular başa çatdıqdan sonra onların nəticələri burada yerləşdiriləcəkdir.

"Təqaüd müsabiqəsi" sorğusunda iştirak edənlərin bir çoxunun müsabiqənin 2-ci turunun cavablarının gecikməsindən narazılıq etdiklərini nəzərə alaraq, bu məsələyə aydınlıq gətirmək istəyirik. Prosedur belədir:
1. Hər kurs üzrə müsahibələr başa çatdıqdan sonra Komissiya üzvləri qiymətlər cədvəlinin (QC) bir nüsxəsini Kadrları hazırlanması şöbəsinə (Tİ) təhvil verir, digər nüsxəsini isə özündə saxlayır.
2. KHŞ bütün QC-ləri aldıqdan sonra bir neçə saat ərzində yekun nəticə çıxarır. Bunun üçün Komissiya üzvlərinin qiymətləri toplanır və bu cəm müsahibədə iştirak edən üzvlərin sayına bölünməklə orta qiymət tapılır. Namizədlər orta bala nəzərən çoxdan aza doğru sıralanır və bu sırada orta balı "4,00"-dən az olmayan 1-ci 30 nəfər təqaüdçü seçilir. Əgər orta balı "4,00"-dən az olmayan namizədlərin sayı 30-dan az olarsa, təqaüdçülərin də sayı 30-dan az olacaq.
3. Yekun cədvəl KHŞ tərəfindən bütün Komissiya üzvlərinə göndərilir. Üzvlər bu zaman çıxarılan nəticələrin düzgünlüyünü özlərində olan QC ilə yoxlaya bilərlər. Əgər hesablama zamanı hər hansı mexaniki səhvə yol verilibsə, üzvlərin məlumatına əsasən QC-lər yenidən tutuşdurulur və zəruri düzəlişlər edilir.
4. Bütün kurslar üzrə müsahibələr başa çatdıqdan sonrakı 3 gün müddətində Komissiya üzvlərinin heç bir iradı olmadıqda, yekun siyahı hazır hesab edilir.
5. Lakin təqaüdçülərin statusunun hüquqi qüvvəyə minməsi üçün (bu ona görə tələb olunur ki, onlara ARDNŞ tərəfindən təqaüd verilməli, bank kartları açılmalı, ali məktəbi bitirdikdən sonra işə düzəlmə təklifi olunmalıdır və s.) Komissiya növbəti iclasında yekun siyahını təsdiq etməli və ARDNŞ prezidentinə təqdim etməlidir. Yalnız ARDNŞ prezidentinin müvafiq əmrindən sonra təqaüdçülərin hüququ təsdiq olunur.

Gördüyünüz kimi, təqaüdçülərin siyahısı KHŞ-də 15 apreldən məlumdur, lakin ARDNŞ prezidentinin əmri olmadan bu siyahı saytımızda yerləşdirilə bilməz.

Sorğuda gənclər tərəfindən verilən başqa suallar da saytımızın "suallar" bölməsində cavablandırılacaq.


17.04.2010
ARDNŞ-nin təqaüd müsabiqəsi barədə sorğu

Bu sorğu növbəti müsabiqələrin daha da təkmilləşdirilməsi məqsədi ilə aparılır. Sorğu anketi 10 sualdan ibarətdir. Anketi doldurmaq üçün soldakı linkə daxil olun.

06.04.2010
Müsabiqənin 2-ci turunun nəticələri barədə

Müsabiqənin 2-ci turunun nəticələri bütün kurslar üzrə müsahibələr başa çatdıqdan sonra 15 gün ərzində burada elan olunacaq.

02.04.2010
DİQQƏT! DİQQƏT! Müsabiqənin 2-ci turu üzrə müsahibələrin qrafiki müəyyən olundu!

Müsahibələrin davamı aprel ayının 6-dan 14-dək ARDNŞ-nin Azneft meydanında yerləşən Baş ofisində keçiriləcək. Şəxsiyyət vəsiqəsiniqiymət kitabçasının əslini özləri ilə gətirməyən tələbələr müsahibəyə buraxilmayacaqlar.

Müsahibələrin qrafiki üçün soldakı linkə daxil olun.



31.03.2010
ARDNŞ-nin Yay Məktəbi barədə sorğu
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yay Məktəbi təşkil etməyi planlaşdırır. Yay Məktəbi üçün tələbə heç bir məbləğ ödəməyəcək. Bu sorğu məktəbin təşkilati məsələlərini aydınlaşdırmaq məqsədi daşıyır. Sorğu anketi 10 sualdan ibarətdir. Anketi doldurmaq üçün soldakı linkə daxil olun.

 

<<<<<<<<<. Səhifə 2/2