|
“Kompleks qazma işləri” tresti Respublikanın quru və dəniz əraziləri üzrə ARDNŞ-nə məxsus 25-ə yaxın yatağında, beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə, maliyyə pozuntularına yol vermədən sifarişçinin tapşırıqlarını vaxtında və keyfiyyətlə həyata keçirməklə, axtarış-kəşfiyyat və istismar qazma işləri aparır. Qazma işləri Quba-Xəzəryanı, Yevlax-Ağcabədi, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında həyata keçirilir... |