"Azneft" İB
“Azneft” İstehsalat Birliyi qarşısnda duran vəzifələri yerinə yetirmək üçün aşağıdakı fəaliyyət növlərini həyata keçirir:
- Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən quru və dəniz sahəsində onun istifadəsinə verilmiş neft və qaz yataqlarında geoloji-kəşfiyyat işlərini həyata keçirmək, neft və qaz quyularının tikintisini və işlənməsini təmin etmək;
- Neft və qaz quyularını effektiv şəkildə istismar etmək;
- Hasil olunmuş neft və qazı müvafiq təhvil məntəqələrinə nəql edərək təhvil vermək və qazın anbarlarda saxlanmasını təmin etmək;
- Yerin təkindən səmərəli istifadə edilməsi və ətraf mühitin qorunması üçün tədbirlər görmək.
