SON XƏBƏRLƏR

  •  
  • 07.09.2010
    «Azərikimya» İB-də mülki müdafiə təlimləri uğurla davam etdirilir
  •  
  • 07.09.2010
    Cari ilin səkkiz ayı ərzində ARDNŞ qaz təhvili proqnozlarına artıqlaması ilə əməl etmişdir
  •  
  • 07.09.2010
    ARDNŞ inşa müsabiqəsi elan edir
  •  
  • 07.09.2010
    Kimyaçılar “Neftçilər günü”nə həsr edilmiş iməcilikdə fəal iştirak etmişlər
  •  
  • 06.09.2010
    Akademik Xoşbəxt Yusifzadəyə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzv diplomu təqdim olunmuşdur

    ARXİV

    B.e C.a C C.a C S B
    12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930

    Xəbərlər

    Qalmaz qaz saxlama anbarında yenidənqurma işləri davam etdirilir
    [15.03.2010]

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən ARDNŞ-də uğurla həyata keçirilən Qaz proqramı çərçivəsində görülən işlər uğurla davam etdirilir. Ölkədə qaz hasilatının durmadan artırıldığı, əhəmiyyətli ehtiyat həcmlərinin toplanılması üçün şəraitin yarandığı bir dövrdə respublika iqtisadiyyatının və əhalinin qaza olan tələbatının stabil şəkildə təmin olunması üçün qaz ehtiyatlarının təhlükəsiz şəraitdə yığılıb saxlanması baxımından yeraltı qaz anbarları mühüm əhəmiyyət daşıyır. Odur ki, Qaradağ və Qalmaz yeraltı qaz anbarlarında da yenidənqurma işləri aparılır. Qalmaz qaz saxlama anbarına vurulan qazın həcminin 2 dəfəyə qədər artırılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində hazırda mövcud olan 13 maşın və qaz kompressor aqreqatının təmiri başa çatdırılmışdır. Bu qurğular qazvurma mövsümündə işləmək üçün tam hazır vəziyyətə gətirilib. Daha 5 aqreqatın isə giriş-çıxış xətləri yenidən qurulur. Beləliklə, Qalmaz Kompressor Stansiyasında aqreqatların sayı 16-dan 18-ə çatdırılacaq. Bundan sonra indiyədək 125 atmosfer təzyiqi ilə işləmiş aqreqatlar 140 atmosfer təzyiqi ilə işləyəcəkdir. Hazırda qaz anbarındakı soyutma sistemi yenidən qurulur, elektrik təchizatının müasir standartlara cavab verən səviyyədə yeniləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Paralel olaraq Qalmaz anbarında quyuların şleyf xətləri dəyişdirilir, yeni monifold sistemi yaradılır. Qaz anbarına vurulan və oradan götürülən qazın ölçülməsi üçün müasir ölçü qovşağı quraşdırılır. Son dövrlərdə inzibati bina əsaslı təmir olunub, ərazidə abadlıq işləri aparılır.

    315