SON XƏBƏRLƏR

  •  
  • 07.09.2010
    «Azərikimya» İB-də mülki müdafiə təlimləri uğurla davam etdirilir
  •  
  • 07.09.2010
    Cari ilin səkkiz ayı ərzində ARDNŞ qaz təhvili proqnozlarına artıqlaması ilə əməl etmişdir
  •  
  • 07.09.2010
    ARDNŞ inşa müsabiqəsi elan edir
  •  
  • 07.09.2010
    Kimyaçılar “Neftçilər günü”nə həsr edilmiş iməcilikdə fəal iştirak etmişlər
  •  
  • 06.09.2010
    Akademik Xoşbəxt Yusifzadəyə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzv diplomu təqdim olunmuşdur

    ARXİV

    B.e C.a C C.a C S B
    12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930

    Xəbərlər

    ARDNŞ “Ekologiya ili” çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirib
    [13.03.2010]

    Xəbər verildiyi kimi, martın 13-də ARDNŞ-nin bütün idarə və müəssisələrinin əməkçiləri növbəti ağacəkmə aksiyası keçirmişlər. ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla, Şirkət rəhbərliyinin nümayəndələri Novruz bayramı ərəfəsində bir neçə İdarədə olmuş, əməkçilərlə söhbət etmiş, görülən işlərlə maraqlanmışlar. Onlar əvvəlcə, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin neftlə çirklənmədən təmizlənmiş mədən ərazisinə gələrək burada iməcilik iştirakçıları ilə görüşmüş və ağac əkmişlər. “Ekologiya ili” çərçivəsində gerçəkləşdirilən aksiyalardan razı qaldığını bildirən ARDNŞ prezidenti Röbnəq Abdullayev vurğulamışdır ki, ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu işlər Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin verdiyi ən böyük töhfələrdəndir. Qeyd edək ki, bu aksiyada “Bibiheybətneft” NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş torpaq sahələrində 3000-dən artıq ağac əkilmişdir. Aksiyada “Azneft” İstehsalat Birliyi aparatının və “Ekol” Mühəndislik Xidmətləri QSC-nin əməkçiləri də fəal iştirak etmişlər. Daha sonra Şirkət rəhbərliyinin təmsilçiləri Qaz Emalı Zavodunun Salyan şosesində yerləşən ərazisinə gəlmişlər. ARDNŞ prezidenti burada da ağac əkmişdir. Həmin gün burada zavod əməkçilərinin daxili qüvvələri hesabına ümumilikdə 2 min ağac və gül kolları əkilmişdir. Buradan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığındakı geniş sahədə salınan yaşıllıq massivinə gələn Şirkət rəhbərləri “Neftqaztikinti” Trestinin Salyan şossesinin yaxınlığındakı istehsalat sahəsinə baş çəkmiş, ağac əkmişlər. Şənbə aksiyasında burada neftçilərin gücü ilə 4000-ə yaxın ağac əkilmişdir. Həmin gün ARDNŞ-nin digər idarə və müəssisələrinin əməkçiləri öz ərazilərində yaşıllıq və abadlıq işləri aparmışlar. Şirkətin coğrafiyası bütün Abşeron yarımadasını əhatə edən müəssisələrinin 5 mindən artıq əməkçisinin iştirak etdiyi 13 mart iməciliyində ümumilikdə 14200-ə yaxın ağac və gül kolu əkilmiş, böyük abadlıq işləri aparılmışdır. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, sərv, eldar şamı, zeytun, meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilmişdir. Qeyd olunmalıdır ki, 2010-cu ildə ARDNŞ yaşıllaşdırma tədbirləri çərçivəsində 150 min ağac, 16 min gül tingi əkməyi planlaşdırır.

    395