SON XƏBƏRLƏR

  •  
  • 07.09.2010
    «Azərikimya» İB-də mülki müdafiə təlimləri uğurla davam etdirilir
  •  
  • 07.09.2010
    Cari ilin səkkiz ayı ərzində ARDNŞ qaz təhvili proqnozlarına artıqlaması ilə əməl etmişdir
  •  
  • 07.09.2010
    ARDNŞ inşa müsabiqəsi elan edir
  •  
  • 07.09.2010
    Kimyaçılar “Neftçilər günü”nə həsr edilmiş iməcilikdə fəal iştirak etmişlər
  •  
  • 06.09.2010
    Akademik Xoşbəxt Yusifzadəyə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzv diplomu təqdim olunmuşdur

    ARXİV

    B.e C.a C C.a C S B
    12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930

    Xəbərlər

    Yevlaxın kəndləri qazla təmin olunur
    [13.03.2010]



    ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq regionlarda qaz təchizatının yaxşılaşdırılması, əhalinin davamlı olaraq mavi yanacaqla təhlükəsiz və keyfiyyətlə təmin olunması istiqamətində işləri uğurla həyata keçirir. Bu nöqteyi-nəzərdən diqqət mərkəzində saxlanılan bölgələrimizdən biri də Yevlax şəhəridir. Qeyd etmək lazımdır ki, rayonun bir çox kəndləri uzun müddətdir ki, mavi yanacaqdan istifadə edə bilmirdi. Buna səbəb qaz kəmərlərinin sıradan çıxması, texnika və avadanlıqların köhnəlməsi idi. Martın 13-də Yevlax rayonunun kəndlərinə mavi yanacaq verilişinin bərpa olunması əhalinin sevincinə səbəb olmuşdur. Bu münasibətlə Qaramanlı kəndində keçirilən mərasimdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirmişdir ki, bu gün 6 kəndin - Qaramanlı, Haci Mahmudlu, Nurallar, Dəlləklər, Köyük və Nəmərli kəndlərinin mavi yanacaqla təchizatı 540 abonentin qazlaşdırılması deməkdir. “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev çixişında qeyd etmişdir ki, bu kəndlərə qaz 16 illik fasilədən sonra verilmişdir. Bunun ücün Birlik tərəfindən 7500 metrlik daşıyıcı qaz xətti bərpa edilmiş, 3 ədəd qaztənzimləyici şkaf quraşdırılmış, siradan çıxmış siyirtmə və digər texniki avadanlıqlar yenisi ilə əvəz olunmuşdur. Hazırda kəndlərdə abonentlərin sayğaclaşdırılması prosesi davam etdirilir. Mərasimdə bu rayondan seçilmiş millət vəkili İlham Məmmədov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər. Qeyd olunmuşdur ki, qarşıdakı aylar ərzində Yevlax rayonunun daha 4 kəndinin əhalisi də təbii qazla təmin olunacaq.

    300