SON XƏBƏRLƏR

  •  
  • 10.03.2010
    ARDNŞ təqaüdçüləri Azərbaycanı təbliğ edir – Fransanın Nansi Universitetində “Azərbaycan Günü” keçirilmişdir
  •  
  • 10.03.2010
    ARDNŞ və Almaniyanın “RWE Dea” Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır
  •  
  • 10.03.2010
    Qəbələ rayonunun qaz təsərrüfatı yenilənir
  •  
  • 09.03.2010
    Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
  •  
  • 09.03.2010
    Çıraq Neft Layihəsinə sanksiya verilmişdir

    ARXİV

    B.e C.a C C.a C S B
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031

    Xəbərlər

    Şirvan şəhərinin təbii qazla təchizatı istiqamətində işlər davam etdirilir
    [08.02.2010]

    ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ölkənin rayon və şəhərlərinin təbii qazla təchizatı istiqamətində işləri uğurla davam etdirir. “2009-2013-cü illər Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Şirvan şəhərinin qazlaşdırılması tədbirləri də Birliyin qarşısında duran prioritet vəzifələrdən birini təşkil edir. Şirvan şəhərində qaz itkisinin minimum həddə çatdırılması üçün korroziyaya uğramış mövcud qaz xətləri yenisi ilə əvəz olunur. 2009-cu il ərzində 1920 metr uzunluğunda müxtəlif ölçülü yeni qaz xətləri çəkilmiş, qaz kəmərlərinin üzərinə 2 ədəd yeni qaztənzimləyici şkaf və 3 ədəd siyirtmə quraşdırılmışdır. Qaz itkisinin aradan qaldırılması və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə 13957 (98.2 %) əhali abonenti sayğacla təchiz olunmuşdur. Bununla da şəhər üzrə təbii qazla təmin olunan abonentlərin hamısı sayğaclaşdırılmışdır. Bundan əlavə, təbii qazdan qeyri-qanuni istifadə edən abonentlər tərəfindən Şirvan Qaz İstismar Sahəsinə dəymiş ziyan hesablanmış, onun əksər hissəninin ödənilməsi təmin olunmuşdur. Dəymiş ziyanı ödəməyən abonentlərin mənzillərinin qaz təchizatı dayandırılmışdır. 2010-cu ilin yanvar ayı ərzində texniki səbəbdən istismara yararsız olan 43 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Abonentlər tərəfindən müdaxilə olunmuş 7 ədəd qaz sayğacı abonentlərin şəxsi vəsaitləri hesabına yenisi ilə əvəz olunmuşdur. Bütövlükdə, 2009-cu il ərzində əhali abonentləri tərəfindən qaz sayğacına 30 müdaxilə faktı aşkar olunmuşdur. Sayğaca müdaxilə etmiş abonentlərin hesabına yeni sayğac quraşdırılmış, dəymiş ziyan ödənilmişdir. Ötən il şəhərdə istehlakçılara satılmış təbii qazın dəyəri 80.2 % ödənilmişdir. O cümlədən, güzəştsiz abonentlər tərəfindən ödəniş 74.3 % təşkil etmişdir. Satılmış qazın dəyərinin tam həcmdə ödənilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Belə ki, vaxtaşırı olaraq təbii qazdan istifadəyə görə borcu olan abonentlərə bildirişlər paylanılır, ödəniş etməyən abonentlərin qaz təchizatı dayandırılır. Hazırda şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin qaz xətlərinin yenidən qurulması işləri aparılır. İri sərmayə tutumlu bu layihə çərçivəsində 27 km uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, fərdi yaşayış evlərində əvvəllər quraşdırılmış qaz sayğaclarının həyatyanı sahələrdən küçəyə çıxarılması istiqamətində də tədbirlər görülür. Onu da qeyd etmək lazımdır ki, “2009-2013-cü illər Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar Şirvan şəhərinin qaz təchizatı sistemində yenidənqurma işlərinin başlanılmasına hazırlıq aparılır.

    145