SON XƏBƏRLƏR

  •  
  • 10.03.2010
    ARDNŞ təqaüdçüləri Azərbaycanı təbliğ edir – Fransanın Nansi Universitetində “Azərbaycan Günü” keçirilmişdir
  •  
  • 10.03.2010
    ARDNŞ və Almaniyanın “RWE Dea” Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır
  •  
  • 10.03.2010
    Qəbələ rayonunun qaz təsərrüfatı yenilənir
  •  
  • 09.03.2010
    Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
  •  
  • 09.03.2010
    Çıraq Neft Layihəsinə sanksiya verilmişdir

    ARXİV

    B.e C.a C C.a C S B
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031

    Xəbərlər

    “Darvin bankası” yatağında yeni quyular qazılır
    [05.02.2010]

    ARDNŞ-nin Kompleks Qazma İşləri Tresti bu günlərdə “Darvin bankası” yatağında bir neçə quyuda qazma işlərinə başlamışdır. İşlər Trestin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən uğurla davam etdirilir. Yataqdakı 660 nömrəli meydançadan Qirməki Alıtı Lay Dəstəsinə qazılan 655 nömrəli quyunun layihə dərinliyi 1510 metrdir. Quyudan sutkada 7-8 ton neft hasil ediləcəyi gözlənilir. 340 nömrəli meydançadakı 723 nömrəli quyunun layihə dərinliyi isə 1490 metrdir. Qirməki Alıtı Lay Dəstəsindən qazılan bu quyudan da sutkada 7-8 ton neft hasil ediləcəyi ehtimal olunur. Bundan başqa, “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi “Darvin bankası” yatağında 190 nömrəli meydançadan 712 nömrəli quyuda qazma işlərini başa çatdırmışdır. Geoloqların hesablamalarına görə, layihə dərinliyi 900 metr olan quyu istismara veriləndən sonra onun gündəlik hasilatı 6 ton olacaqdır. Quyular “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılır.

    222