SON XƏBƏRLƏR

  •  
  • 09.03.2010
    Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
  •  
  • 09.03.2010
    Çıraq Neft Layihəsinə sanksiya verilmişdir
  •  
  • 09.03.2010
    ARDNŞ-nin 2010-cu ilin fevral ayı üzrə ödənişləri
  •  
  • 09.03.2010
    2010-cu ilin fevral ayında həyata keçirilmiş qazma işləri
  •  
  • 06.03.2010
    “Ekologiya ili” çərçivəsində ARDNŞ-də növbəti iməcilik keçirilib

    ARXİV

    B.e C.a C C.a C S B
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031

    Xəbərlər

    ARDNŞ-nin Baş ofisində Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilmişdir
    [04.02.2010]



    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində ARDNŞ, BP-Azərbaycan şirkətlərinin və Xəzər Mühəndislər İctimai Birliyinin birgə təşkil etdikləri “Gənc Mühəndislərin Qış Məktəbi”nin iştirakçıları ilə görüş keçirilmişdir. Şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və Xəzər Universitetinin mühəndislik ixtisası üzrə fakültələrinin 24 tələbəsindən təşkil olunmuş Qış Məktəbi müdavimlərinə Azərbaycanda neftçıxarmanın tarixi, ARDNŞ-nin yaranması, fəaliyyəti və insan resurslarının idarə edilməsi strategiyası haqqında geniş məlumat vermişdir. “Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi töhfələr, gənc kadrların hazırlanması və onların xaricdə təhsillərinin davam etdirilməsi istiqamətində ARDNŞ-nin həyata keçirdiyi layihələrdən ətraflı bəhs edən Xalik Məmmədov tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulamışdır. Sonra Qış Məktəbinin müdavimlərini maraqlandıran suallara ətrafında canlı söhbət aparılmışdır. Qeyd etmək lazımdır ki, “Gənc Mühəndislərin Qış Məktəbi” fevralın 1-dən 7-nə kimi fəaliyyət göstərəcək. Məktəbin proqramının tədrisində Azərbaycanda çalışan xarici şirkətlərin əməkdaşları ilə yanaşı ARDNŞ-nin gənc mütəxəssisləri də fəal iştirak edirlər. ARDNŞ-nin Baş ofisinin əməkdaşı Araz Qocayev müdavimlər qarşısında “Azərbaycanın Qusar, Dəvəçi çökəkliyində karbohidrogenlərin əmələ gəlməsi və toplanması” mövzusunda təqdimatla çıxış etmişdir. Xatırladaq ki, ARDNŞ-nin maliyyə dəstəyi ilə Xəzər Mühəndislər İctimai birliyi 22-28 iyun tarixlərində də tələbələr üçün analoji tədbir - “Gənc Mühəndislərin Yay Məktəbi”ni təşkil etmişdi.

    387